Antiparazitar Dərmanlar
Nemason Oral Məhlul Tozu
Təlimatı yükləNEMASON Oral Məhlul Tozu, ağ rəngli, homogen toz olub, 1 qramında 150 mg Levamizol hidroxlorid tərkibindədir.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Levamizol; imidazotiazol törəməsi bir antihelmint olub, parazitləri iflic edərək təsir göstərir. Təsirli doza və ya qatılıqlarda, parazitlərin avtonom qanqlionlarında asetilxolin reseptorlarına bağlanaraq depolarizasiyaya bağlı oyanmalar yaradır. Oyanmaları izləyən iflic əslində əzələ və qanqlionların daimi oyanması nəticəsində inkişaf edən bir tükənmə halıdır (spastik iflic). Levamizol, parazitlərdə həmçinin, fumarat reduktazanın fəaliyyətinin də qarşısını alaraq enerji metabolizmini poza bilər, lakin bu təsir formasının parazitlərdə əhəmiyyəti azdır. Levamizol; invaziyaya yol açan mədə, bağırsaq və ağciyər tükqurdları ilə askaridlərin həm yetkin həm də müxtəlif inkişaf mərhələlərindəki larva şəkilləri üzərində antihelmint təsirə malikdir.
Ağızdan verildikdən sonra, həzm kanalından sürətlə sorulur və bütün orqanizm hissələrinə yayılır. 1-2 saat ərzində qan qatılığı ən yüksək səviyyəyə çatır. İribuynuzlularda plazma yarımömrü 4-6 saatdır. Verilən dərmanın %40’ı ilk 12 saatlıq müddətdə başlıca nəcis və sidiklə xaric olunur, 8 gün ərzində xaric olunmağa davam edir.
İSTİFADƏ YERİ və GÖSTƏRİŞLƏRİ
NEMASON Oral Məhlul Tozu, antihelmint təsirə malik geniş təsir spektrli bir preparatdır. İribuynuzlu, qoyun və quşlarda daxili parazitlərlə mübarizə və nəzarətində istifadə olunur. NEMASON Oral Məhlul Tozu, aşağıdakı parazitlər ilə mübarizədə uğurla istifadə olunur:
İribuynuzlu və qoyunlarda: Abomazum helmintlərindən Haemonchus sp., Ostertagia sp.; nazik bağırsaq helmintlərindən Cooperia sp., Trichostrongylus., Bunostomum sp.; yoğun bağırsaq helmintlərindən Oesophagostomum sp., Chabertia sp.; ağciyər tükqurdlarından isə iribuynuzlularda Dictyocaulus viviparus, qoyunlarda Dictyocaulus filaria helmintlərinin müalicə və nəzarətində antihelmint olaraq təsir göstərir.
Quşlarda (bağırsaq nematodları): Ascaridia galli, Heterakis gallinae ilə Capillaria sp., növlərinin müalicə və nəzarətində antihelmint olaraq təsir göstərir.
İSTİFADƏ ŞƏKLİ VƏ DOZASI
Baytar həkim tərəfindən başqa bir şəkildə tövsiyə edilmədiyi təqdirdə;
İribuynuzlu və qoyunlarda: Farmakoloji doza: 7,5 mg/kg canlı çəki/gündür. Praktiki doza: 1 g/20 kg canlı çəki/gündür.
Quşlarda: Farmakoloji doza: 18-36 mg/kg canlı çəki/gündür. Praktiki doza: 20 g/100 kg canlı çəki/gündür. İçməli sulara qarışdırılaraq verilir.
XÜSUSİ KLİNİK MƏLUMATLAR VƏ HƏDƏF NÖVLƏR ÜÇÜN XÜSUSİ XƏBƏRDARLIQLAR
Tükqurdlarına qarşı xüsusilə qoruyucu olaraq yazın və payızın əvvəlində verilməsi tövsiyə olunur. Parazit aşkar edildikdən dərhal sonra dərman tətbiqinin edilməsi və 1-1.5 ay sonra təkrarlanması tövsiyə olunur.
Antiparazitar dərman istifadəsində xüsusilə müqavimət yaranmasını azaltmaq üçün dərmanın dozası canlı çəki əsasına görə düzgün hesablanmalıdır. Xüsusilə yetərsiz dozada və tez-tez dərman istifadəsinin parazitlərdə davamlı halların ortaya çıxmasına imkan verəcəyi unudulmamalıdır.
Hamiləlikdə istifadə: Tövsiyə edilən istifadə formalarında hamilələrdə təhlükəsizdir. Ancaq irəli hamilə heyvanlarda istifadə edilərkən həddən artıq stress edilməməli, qidalanmalarına diqqət edilməlidir.
ARZUOLUNMAZ TƏSİRLƏRİ
Müalicə dozalarında istifadə edildikdə əhəmiyyətli bir yan təsiri yoxdur. Yüngül təngnəfəslik, hipotenziya və urinasiya kimi yan təsirləri müvəqqəti olub bir iki saat ərzində öz-özünə yox olur.
DƏRMAN QARŞILIQLI TƏSİRLƏRİ
Levamizol nikotinə bənzər təsirlər göstərdiyindən, tetrahidroprimidinlər (pirantel, morantel, oksantel) və üzvi fosforlu birləşmələrlə eyni zamanda istifadəsindən çəkinilməlidir. Levamizol ilə ediləcək müalicələrdən 14 gün əvvəl və sonra üzvi fosforlu insektisid tərkibli birləşmələr istifadə edilməməlidir.
DOZA AŞIMI
Dərman iribuynuzlu və qoyunlarda tövsiyə edilən dozalarda təhlükəsizdir. Bununla birlikdə əgər tövsiyə edilən dozalar aşılarsa tətbiq edilən heyvanlarda zəhərlənmə əlamətləri istifadəni izləyən 5-15 dəqiqə kimi qısa bir müddətdə başlayıb 30 dəqiqədə pik dəyərə çatır. Təsirlənən heyvanlarda rast gəlinən və üzvi fosforlu birləşmələrlə zəhərlənməni xatırladan əlamətlərin başlıcaları ürəkbulanma, qusma, əzələ titrəmələri, çırpınmalar, yuxululuq hali, tənəffüs çətinliyi, kollaps, bəbəklərdə daralma, ürək döyüntüsündə yavaşlama, tənəffüs çatışmazlığı nəticəsində ölümdür. Müalicədə maye müalicəsi və simptomatik müalicə tətbiq edilir.
QİDALARDA DƏRMAN QALIĞI XƏBƏRDARLIQLARI
Dərman Qalıq Arınma Müddəti (d.q.a.m.); müalicə müddətində və son dərman tətbiqindən sonra iribuynuzlular 14 gün, qoyunlar 21 gün, quşlar 7 gün keçmədən kəsimə göndərilməməlidir. Südü insanlar tərəfindən istehlak edilən sağmal inək və qoyunlarda istifadə edilməməlidir. Eyni şəkildə yumurtası insan istehlakına təqdim edilən yumurtalıq toyuq və digər quşlarda istifadə edilməz.
KONTRENDİKASİYALARI
Levamizolün üzvi fosforlu birləşmələrlə birlikdə istifadəsi kontrendikedir. Bu səbəblə NEMASON tətbiqindən 14 gün əvvəl və 14 sonra üzvi fosforlu birləşmələr istifadə edilməməlidir. Qaraciyər və böyrək çatışmazlığı hallarında istifadə edilməməlidir.
TƏTBİQ EDƏNİN ALMASI LAZIM OLAN TƏDBİRLƏR
İstifadə zamanı əlcək geyilməli, istifadədən sonra əllər yaxşıca yuyulmalıdır. Dərmanı tətbiq edən az sayda insanda həssaslıq reaksiyası müşahidə edilə bilər. Dəri və gözə təmas etdirilməməli, təması halında bol su ilə yuyulmalıdır. İstifadə zamanı bir şey yeyilib-içilməməli, siqaret çəkilməməlidir.
İSTİFADƏ SONU MƏHV ETMƏ VƏ HƏDƏF OLMAYAN NÖVLƏR ÜÇÜN XƏBƏRDARLIQLAR
Atlarda 20 mg/kg canlı çəki dozasında ölümə yol aça biləcəyindən bu heyvanlarda istifadə edilməməsi və ya diqqətli olunması lazımdır. Cins və sürü həssaslığı səbəbi ilə keçilərdə zəhərlənmələr və ölüm yarana bilər. Pişik və itlərdə ölümə səbəb ola biləcək şəkildə zəhərlidir.
ÜMUMİ XƏBƏRDARLIQLAR
‘İstifadədən əvvəl və gözlənilməyən bir təsir görüldükdə baytar həkimə müraciət edin.’ ‘Uşaqların əli çatmayan yerlərdə saxlayın.’
MÜHAFİZƏ ŞƏRTLƏRİ VƏ RƏF ÖMRÜ
Orijinal qablaşdırmasında, otaq temperaturunda və işıqdan qoruyaraq saxlayın. Rəf ömrü iki ildir.
TİCARİ TƏQDİM ŞƏKLİ
20 q’lıq ağ plastik şüşələrdə qutulu olaraq, 100 q, 500 q, 1 kq və 2.5 kq’lıq ağ plastik bankalarda qutusuz olaraq satışa təqdim edilmişdir.
SATIŞ YERİ VƏ ŞƏRTLƏRİ
Baytar həkim resepti ilə baytar müayinəxanalarında və apteklərdə satılır. (VHR)