Dezinfeksiyaedicilər
Benaldecid Dezinfeksiyaedici Məhlul
Təlimatı yükləBenzalkonium xlorid & Qlutaraldehid & Nonil fenol etoksilat
Səhiyyə Nazirliyinin tövsiyəsi olan “DONUZ QRİPİ DEZİNFEKSİYASINDA TƏSİRLİ OLAN BENZALKONİUM XLORİD” təsiredici maddəsini ehtiva edir. Məhsulumuz lisenziyalı və sağlamlığa zərərsizdir.
İSTİFADƏ YERİ və İNDİKASİYALARI
BENALDECID Dezinfeksiyaedici Məhlul, ümumi dezinfeksiya məqsədli; heyvan saxlanc yeri (hin, tövlə, ağıl və s.) inkubatorlar və avadanlıqları, ferma materialları, nəqliyyat vasitələri, ət və süd emalı bölmələrinin dezinfeksiyasında, saxlanc yeri və fermaların girişlərində olan ayaq və təkər hovuzlarının hazırlanmasında və piyetenin müalicəsində, bakterial və viral xəstəlik amilləri ilə göbələk amillərinə qarşı istifadə olunur.
QABLAŞDIRMA
1 Lt, 5 Lt, 10 Lt, 20 Lt, 25 Lt və 50 Lt.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏR
BENALDECID Dezinfeksiyaedici Məhlul kvaterner ammonium törəməsi benzalkonium xlorid ilə qlutaraldehid kombinasiyası prinsipinə əsaslanan, qram-müsbət və qram-mənfi bakteriyalara, bakteriya sporlarına, virus və göbələklərə təsirli dezinfeksiyaedici, deterjan və deodorant xüsusiyyətli bir məhsuldur. Təsirliliyini hüceyrə membranının quruluşunda olan fosfolipidlərin quruluşunu və metabolik fermentlərin funksiyalarını pozaraq göstərir. Tərkibində yer alan təsiredici maddələr arasındakı sinergetik təsiri ilə üzvi maddələrin mövcudluğunda da təsirliliyini davam etdirir. Qeyri-ionik xüsusiyyətli deterjan tərkibi sayəsində tətbiq mayelərində səth təmizləyici təsirə malikdir. Sərt sularla hazırlanan tətbiq mayelərində təsirliliyi azalmır və su ilə hər nisbətdə qarışır. Dəmir, polad, sink, mis və alüminium kimi metal materiallara, kauçuk, tekstil məhsullarına, PVC məhsullarına, cərrahi alət və materiallara mənfi təsir göstərmir.