İnyeksiya Məhlulları
Danocin İnyeksiya üçün Məhlul
Təlimatı yükləDANOCIN İnyeksiya üçün Məhlul, hər ml’sində 25 mg Danofloksasinə ekvivalent danofloksasin mesilat ehtiva edən steril, şəffaf, axıcı, solğun sarı rəngdə, inyeksiyaya uyğun bir məhluldur.
Farmakoloji Xüsusiyyətləri
Danofloksasin xüsusilə mal-qarada tənəffüs və həzm sistemi xəstəliklərinə səbəb olan Enterobacteriaceae ailəsindəki Actinobacillus pleuropneumoniae, Haemophilus somnus, Manhnheimia (Pasteurella) haemolytica və Pasteurella multocida kimi aerob Qram mənfi bakteriyalara qarşı in vitro təsirliliyi çox yaxşı olan sintetik antibakterialdir.
Danofloksasin, mikroorqanizmlərdə DNT giraz (topoizomerazlar) fermentini inhibə edərək bakteriyaların çoxalmasında həyati əhəmiyyətə malik DNT sintezini və kopyasının çıxarılmasını qarşısını almaq yolu ilə bakterisid təsir göstərir. Qram mənfi bakteriyalarda DNT giraz əsas hədəf olduğu halda Qram müsbət bakteriyalarda topoizomeraz IV’ün hədəf ferment olduğu son zamanlarda ortaya qoyulmuşdur.
Başlıca həssas bakteriyalar; E.coli, Salmonella sp., Enterobacter sp., Serratia sp., Proteus sp., Klebsiella sp., Shigella sp., Yersinia sp., Moraxella sp., Acinobacter sp., Actinobacillus sp., Pasteurella sp., Leptospira sp., Campylobacter sp., Citrobacter sp., Haemophilus sp., Ehrlichia sp., Coxiella brunetti, metisilinə və gentamisinə davamlı olanlar da daxil Staphylococcus sp., penisilinə davamlı olanlar da daxil Neisseria gonorrhoeae, N. meningiditis, Corynebacterium sp., Chlamydia sp., V.cholerae, Mycoplasma sp.’dir.
Strep. suis, Strep. agalactia, Strep. dysgalactia, Strep. zooepidemicus, R.equi və Mycobacterium sp.orta dərəcədə həssaslıq göstərir. Anaerob kokların çoxu, Clostridium sp., Bacteroides sp. və Ps. maltophila kinolonlara ümumiyyətlə az həssas və ya davamlıdır.
DANOCIN tətbiqdən sonra inyeksiya nahiyəsindən sürətlə sorulur və ağ ciyər, enterik və limfatik toxumada yüksək qatılıqlara çatır. Ağ ciyər toxumasında 1 saat ərzində çatdığı qatılıq plazma qatılığının təxminən 4 qatıdır. Bioyararlılıq təxminən % 90’dır.
İstifadə Yeri və İndikasiyaları
Mal-qarada və buzovlarda: Danofloksasinə həssas mikroorqanizmlər tərəfindən yaradılan tənəffüs və həzm sistemi infeksiyalarında (Mannheimia haemolytica, Pasteurella multocida, Haemophilus somnus) və buzov septisemiyalarında (Escherichia coli) istifadə olunur.
Tətbiq Forması və Dozası
‘Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə;’
Dərialtı, əzələdaxili və ya damardaxili yolla 1.25 mg/kg canlı çəki/gün dozada (1 ml/20 kg bədən çəkisi) tətbiq olunur. DANOCIN İnyeksiya üçün məhlul ilə müalicə gündə 1 dəfə və 3 gün müddətində davam etdirilir. İlk 3 inyeksiyaya baxmayaraq istənilən dərəcədə sağalma əldə edilməyən ağır hallarda müalicə iki gün daha davam etdirilə bilər. Çəkisi 450 kq’dan çox olan mal-qaranın müalicəsi üçün, doza hər inyeksiya nahiyəsinə 20 ml’dən çox tətbiq olunmayacaq şəkildə bölünməlidir. Tövsiyə edilən doza və müddət aşılmamalıdır. İstifadə edərkən aseptika və antiseptikaya diqqət edilməlidir.