İnyeksiya Məhlulları
Medimizol İnyeksiya üçün Məhlul
Təlimatı yükləTƏRKİBİ
Metamizol natrium 500mg
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Medimizol İnyeksiya üçün Məhlulun’ təsiredici maddəsi olan metamizol, analjezik, antipiretik, spazmolitik və antiiltihabi təsirlidir. Metamizol pirazolon qrupu birləşməsidir. Analjezik, antiiltihabi və antipiretik təsirlərini prostaglandin sintezini əngəlləyərək yaradır. Hamar əzələlər üzərində spazm açıcı təsiri də mövcuddur. Beləliklə peristaltik hərəkətləri azaldaraq tənzimləyici təsir göstərir. Antipiretik təsiri isə vegetativ sinir sistemi ilə əlaqəli olaraq ətraf damarların genişlənməsini və bunun nəticəsində istilik itkisinin yaranmasını təmin edir. İltihablı nahiyələrdə damar keçiriciliyini azaldaraq, regional maye tərkibinin sorulmasını artırması səbəbiylə antirevmatizmal təsir təmin edərək bir çox xəstəliyin müalicəsində kömək edir. Metamizol, parenteral tətbiqdən sonra sürətlə sorulur və ən mühüm metabolitləri olan 4-aminofenazon, 4-metilaminofenazon, 4-formilaminofenazon və 4-asetilaminofenazona çevrilir. Maksimum plazma və toxuma konsentrasiyasına yarım saat ərzində çatır. Metabolitlərinin plazma yarımömrü 3-10 saat arasında dəyişir. Bədən maye toxumalarına və mərkəzi sinir sisteminə sürətlə nüfuz edir. Bədəndən sidiklə xaric olur.
İSTİFADƏ YERİ VƏ İNDİKASİYALARI
Medimizol İnyeksiya üçün Məhlulun təsiredici maddəsi olan Metamizol’un analjezik, spazmolitik, antipiretik, antirevmatizmal və yüngül sedativ təsiri vardır. Analjezik olaraq: Hər cür ağrı və sancılarda, Spazmolitik olaraq: Bağırsaq, mədə və işkənbənin qaz, qəbizlik və ishallara bağlı sancı və koliklərində, doğuş zamanı və sonrasındakı ağrı və sancılarda, prolapsus uteri, serviks uteri və özofagus spazmlarında, tetaniya və renal spazmların açılmasında, postoperativ sancı və ağrılarda, Antipiretik olaraq: Pnevmoniya, bronxit, gənclik xəstəliyi və digər bütün hərarətli xəstəliklərdə, Antirevmatizmal olaraq: Əzələ və oynaq revmatizmlarında, oynaq ağrısı və lumbaqoda, kəskin və xroniki poliartrit, tendinit, tendovaginitdə istifadə olunur.
İSTİFADƏ FORMASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə; Qaramala 20-40 mq/kq canlı çəki, atlara 20-50 mq/kq canlı çəki, itlərə 25 mq/kq canlı çəki hesabıyla; dərin əzələdaxili və ya şiddətli ağrılarda, təcili hallarda damardaxili yolla tətbiq olunur. Praktik dozalar: Atlarda hər 100 kq c.ç. üçün 4-10 ml, Qaramalda hər 100 kq c.ç. üçün 4-8 ml, İtlərdə hər 10 kq c.ç. üçün 0.5 ml Medimizol lazım gəldikdə 8 saat fasilə ilə gündə 1-2 dəfə doza təkrarı edilə bilər.
QİDALARDA DƏRMAN QALIĞI XƏBƏRDARLIQLARI
Dərman Qalığı Təmizlənmə Müddəti (d.q.t.m.); Müalicə müddətində və son dərman tətbiqindən sonra 12 gün keçmədən qaramal kəsimə göndərilməməlidir. İnsan istehlakı üçün süd əldə edilən inəklərə tətbiq olunmur.
KONTRENDİKASİYALARI
Böyrəklərdə prostaglandin sintezini azaltması səbəbiylə bədəndə su və duz tutulmasına yol açaraq plazma həcmində artımlara səbəb olur. Bu səbəbdən, ürək, böyrək və qaraciyər xəstəlikləri ilə qan təzyiqi yüksək olan xəstələrdə istifadə edilməməlidir. Hamiləlikdə istifadə: Plasentadan keçərək döldə tənəffüs depressiyasına səbəb ola biləcəyindən doğuşa yaxın dövrdə istifadə edilməsi tövsiyə olunmur.
TİCARİ TƏQDİM FORMASI
20, 50, 100 və 250 ml’lik amber rəngli şüşə flakonlarda, qutulu