Dezinfeksiyaedicilər
Klormid Dezinfeksiyaedici Toz
Təlimatı yükləKLORMID Dezinfeksiyaedici Toz
%12 nisbətində aktiv xlor
İNDİKASİYALAR
Hinmərc, tövlə, ağıl, qəfəs, boks və digər heyvan binaları, sağım yerləri, inkubator, kəsim yeri, xəstəxana və klinikalarda səth dezinfeksiyalarında, sağım maşınları, süd bidonu, süd çənləri, suvatlar, su anbarı və sair avadanlıqların, alət-ləvazimat və geyimlərin dezinfeksiyasında, əllərin, məmələrin, dərinin dezinfeksiyasında, heyvanların içməli sularının dezinfeksiyasında istifadə olunur.
QABLAŞDIRMA
500 qr, 1 kq, 5 kq, 10 kq və 25 kq.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏR
KLORMID, aktiv xlor saxlayan bir dezinfeksiyaedicidir. Suda asanlıqla həll olur. Yavaş-yavaş aktiv xlor ifraz etmək və hipoxlor turşusu yaratmaq yolu ilə germisid təsir göstərir. Aktiv xlor atomu germ hüceyrələrindəki protein və enzimləri fəaliyyətsiz hala gətirir. Qram-neqativ və qram-pozitiv bütün bakteriyalar ilə kif göbələkləri və viruslara təsirlidir. Hipoxloritlərə nisbətən az qıcıqlandırıcıdır və sudakı məhlulları daha davamlıdır. Turş və neytral mühitlərdə və əvvəlcədən təmizlənib yuyulmuş səthlərdə təsiri ən yüksəkdir. Kvaternər ammonium duzları və kationik deterjanlarla sinergistdir.