İnyeksiya Məhlulları
Mediquinol-E 10% İnyeksiya üçün Məhlul
Təlimatı yükləTƏRKİBİ
Enrofloksasin 100mg
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Florxinolon qrupunda yer alan Enrofloksasin, Qram-müsbət və Qram-mənfi bakteriyalar ilə mikoplazmaları əhatə edən geniş təsir spektrinə malik sintetik bir antibakterialdır. Enrofloksasin, mikroorqanizmlərdə DNT qiraz (topoizomerazalar) enzimini inhibə edərək bakteriyaların çoxalmasında həyati əhəmiyyətə malik DNT sintezini və nüsxəsinin çıxarılmasını əngəlləmək yolu ilə bakterisid təsir göstərir. Qram-mənfi bakteriyalarda DNT qiraz əsas hədəf olduğu halda Qram-müsbət bakteriyalarda topoizomeraza IV’ün hədəf enzim olduğu son zamanlarda ortaya qoyulmuşdur.
Başlıca həssas bak¬teriyalar; E.coli, Salmonella sp., Enterobacter sp., Serratia sp., Proteus sp., Klebsiella sp., Shigella sp., Yersinia sp., Moraxella sp., Acinobacter sp., Actinobacillus sp., Pasteurella sp., Leptospira sp., Campylobacter sp., Citrobacter sp., Haemophilus sp., Ehrlichia sp., Coxiella brunetti, metisilinə və Gentamisinə dirənikli olanlar da daxil olmaqla Staphylococcus sp., penisilinə dirənikli olanlar da daxil olmaqla Neisseria gonorrhoeae, N. meningiditis, Corynebacterium sp., Chlamydia sp., V.cholerae, Mycoplasma sp.’dir. Strep, suis, Strep, agalactia, Strep dysgalactia, Strep, zooepidemicus, R.equi, Mycobacterium sp. orta dərəcədə həssaslıq göstərir. Anaerob kokların əksəriyyəti, Clostridium sp., Bacteroides sp. və Ps. multophila xinolonlara ümumiyyətlə az həssas və ya dirəniklidir.
İSTİFADƏ YERİ VƏ İNDİKASİYALARI
Qaramal və qoyunlarda enrofloksasinə həssas qram-mənfi, qram-müsbət bakteriyalar ilə Mycoplasma’lar tərəfindən törədilən infeksiyaların müalicəsində istifadə olunur. Bu çərçivədə Pasteurella haemolytica və Pasteurella multocida’dan irəli gələn pnevmoniyalar, Pleuropneumonia, enzootik pnevmoniya kimi tənəffüs sistemi infeksiyalarında, quzu və çəpişlərdə E.coli infeksiyalarında (Kolibasilloz, Koliseptisemiya), həzm və urogenital sistem infeksiyalarında, viral infeksiyalarla seyr edən həssas bakteriyaların törətdiyi sekonder infeksiyalarda istifadə olunur.
İSTİFADƏ FORMASI VƏ DOZASI
“Baytar həkim tərəfindən başqa cür tövsiyə edil¬mədiyi təqdirdə”
MEDIQUINOL-E %10 İny. Məh., parenteral olaraq dərialtı (SC), əzələdaxili (İM) və ya damardaxili (İV) yolla tətbiq olunur.
Parenteral farmakoloji doza: 2,5 mq/kq canlı çəki/gündür.
Praktik doza: 1 ml/40 kq canlı çəki/gündür.
Ümumi müalicə müddəti 3 gündür.
Doza ağırlaşmış tənəffüs yolu infeksiyalarında və Salmonellozis’də iki qatına, tətbiq müddəti isə 5 günə çıxarıla bilər.
Eyni tətbiq nöqtəsinə iribuynuzlu heyvanlarda maksimum 10 ml, xırdabuynuzlu heyvanlarda maksimum 5 ml inyeksiya edilir. Daha çox dərman verilməsi lazımdırsa, fərqli bir tətbiq nahiyəsi seçilməlidir. İstifadə zamanı aseptika və antiseptikaya riayət edilməlidir.
QİDALARDAKI DƏRMAN QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Dərman Qalığı Təmizlənmə Müddətləri (d.q.t.m.); müalicə müddətində və son dərman tətbiqindən sonra əti üçün yetişdirilən qaramal 14 gün qoyunlar 10 gün kəsimə göndərilməməlidir. Müalicə müddətində və son dərman tətbiqindən sonra 4 gün ( 8 sağım) inək südü istehlaka təqdim edilməməlidir. Südü insan qidası olaraq istifadə edilən qoyunlarda istifadə edilməməlidir.
KONTRENDİKASİYALAR
Qaraciyər və böyrək çatışmazlığı olanlarda istifadəsi kontrendikedir. Atlarda və damazlıq olaraq istifadə ediləcək olan gənc heyvanlarda istifadə edilməməlidir.
Hamiləlikdə istifadə: Xinolonların gənc heyvanlarda qığırdaq toxumasına arzuolunmaz təsirləri səbəbiylə hamilə heyvanlarda istifadəsindən qaçınılmalıdır.
TİCARİ TƏQDİM FORMASI
25 ml, 50 ml və 100 ml’lik amber rəngli flakonlarda karton qutu içində təqdim olunur.