Dezinfeksiyaedicilər
Povmed Dezinfeksiyaedici Məhlul
Təlimatı yükləPOVMED Dezinfektant Məhlulu
Povidone-iodine % 10
İSTİFADƏ YERİ və ENDİKASİYALARI
Povmed Dezinfektant Məhlulu, müxtəlif nisbətlərdə durulaşdırılaraq; quşçuluq binaları ilə iribuynuzlu və xırdabuynuzlu heyvan tövlələri ilə buralarda istifadə olunan ferma materiallarının ümumi dezinfeksiyası, inkubator və avadanlıqları, nəqliyyat vasitələri, ət və süd emalı müəssisələri, qida istehsal edilən müəssisələr ilə içməli və istifadə sularının dezinfeksiyası və pis qoxuların aradan qaldırılmasında; həmçinin, inyeksiyalar və cərrahi müdaxilədən əvvəl əməliyyat nahiyəsində asepsiya; patogen mikroorqanizmlərlə yoluxmuş zədəli dəri və selikli qişalar ilə ayaqlar, dırnaqlar arası nahiyə və məmə başında antisepsiya təmin edilməsi məqsədilə istifadə olunur. Eyni şəkildə rekto-vaginal yoxlamalardan əvvəl ehtimal olunan bir infeksiyaya qarşı qoruyucu məqsədlə əllərə və qollara sürtülür.
TİCARİ TƏQDİM FORMASI
1 Lt, 5 Lt, 10 Lt, 20 Lt, 25 Lt və 50 Lt.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏR
POVMED Dezinfektant Məhlulunun’nin təsiredici maddəsini təşkil edən povidon-yod, yodun polivinilpirrolidon ilə yaratdığı, suda asanlıqla həll olan kompleks bir birləşmədir. Ümumi antiseptik və dezinfektant məqsədlərlə istifadə oluna bilən povidon-yodun % 10’luq məhlulu, % 1 yod məhluluna ekvivalent antibakterial, antiviral, antifunqal, sporisid və amebiosid təsir göstərir. Bu məhsulun antiseptik və dezinfektant təsiri, tətbiq mərhələsində istifadə oluna bilən yodun sərbəst buraxılması əsasına söykənir. Çoxyönlü asepsiya, antisepsiya və dezinfeksiya məqsədlərilə istifadə olunan povidon-yod, antibakterial spektri və təsir baxımından yod ilə ekvivalent xüsusiyyətlərə sahib olmasına baxmayaraq, yodun qıcıqlandırıcı, dağlayıcı, tətbiq yerlərini boyayıcı və zəhərləyici kimi arzuolunmaz və mənfi təsirlərdən tamamilə məhrumdur. Povmed Dezinfektant Məhlulu tətbiq məhlulları halında hazırlandığında qoxusuz, davamlı, uyğun bir antiseptik təsir göstərir. Durulaşdırılmış məhlullar halında canlı toxumalara və cansız səthlərə tətbiq edildikdə mülayim ölçülərdə və yavaş-yavaş sərbəst yod açığa çıxmaqla, uzunmüddətli antiseptik və dezinfektant təsir yaradır.