İnyeksiya Məhlulları

Marbomed İnyeksiya üçün Məhlul

Təlimatı yüklə

TƏRKİBİ

Marbofloksasin 100 mq

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

MARBOMED İnyeksiya üçün Məhlul içərisində yer alan təsiredici maddə Marbofloksasin, baytarlıq istifadəsi üçün hazırlanmış bir florokinolondur. DNT-jiraz enzimini inhibə edərək təsir edən Marbofloksasin quruluşun¬dakı oksadiazin halqası səbəbilə digər florokinolonlardan fərqlənir. Bu halqa molekula uzun bir xaricolma yarımömrü və yaxşı bir biomənimsənilmə təmin edir. Marbofloksasin, geniş spektrli, bakterisid təsirli sintetik bir molekuldur. Qram-pozitiv bakteriyaların bir çoxuna (xüsusilə Staphylococcus, Streptococcus), Qram-neqativ bakteriyalara (Escherichia coli, Salmonella typhimurium, Cit¬robacterfreundii, Enterobactercloacae, Serratiamarcescens, Morganellamorganii, Proteus növləri, Klebsiellanövləri, Shigellanövləri, Pasteurellanövləri, Haemophilusnövləri, Moraxellanövləri, Pseudomonasnövləri) və Mycoplasmanövlərinə qarşı təsirlidir.

İSTİFADƏ YERİ VƏ İNDİKASİYALARI

MARBOMED, mal-qarada marbofloksasinə həssas Pasteurella multocida, Mannheimia haemolitica, Mycoplasma bovis və Escherichia coli ştammlarına təsirlidir. Pasteurella multocida, Mannheimia haemolitica və Mycoplasma bovis’in səbəb olduğu tənəffüs yolları infeksi¬yaları və Escherichia coli’nin səbəb olduğu akut mastit müalicəsində istifadə olunur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI


“Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə;”
MARBOMED İnyeksiya üçün Məhlul mal-qaraya parenteral yolla (dəri altı, əzələ içi, damar içi) gündə 2 mq/kq canlı çəki hesabı ilə hər 50 kq canlı çəki üçün 1 ml istifadə edilməlidir. Müalicəyə fasiləsiz olaraq 3-5 gün müddətində davam edilməlidir.

QİDALARDA DƏRMAN QALIĞI XƏBƏRDARLIQLARI
Dərman Qalığından Təmizlənmə Müddəti (d.q.t.m.); Müalicə müddətində və son dərman tətbiqindən sonra mal-qara 6 gün keç¬mədən kəsimə göndərilməməlidir. Müalicə müddətində və son dərman tətbiqindən sonra 1.5 gün (3 sağım) müddətində əldə edilən inək südü istehlaka təqdim edilməməlidir.

KONTRİNDİKASİYALARI
Kinolonlar ümumiyyətlə atlarda ölümə qədər gedən kolitə yol açır. Bu səbəbdən atlarda istifadə edilmir¬lər. Qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə istifadə edilməməlidir. Damazlıq olaraq istifadə edilən və ya ediləcək heyvanlarda istifadə edilməməlidir. Hamiləlikdə istifadə: Siçanlarda aparılan teratogen tədqiqatda, hamiləliyin 6-cı günündən 15-ci gününə qədər hamilə heyvanlara 10, 85, 700 mq/kq canlı çəki/gün oral yolla verildi. Bu dozaların heç birində teratogenlik görülmədi. 700 mq/kq canlı çəki marbofloksasin’də, fetal çəkidə və hər bir doğuşdakı canlı fetus sayında azalma ilə rezorbsiya insidansında yüksəlməyə səbəb olduğundan fetotoksik idi; fetotoksiklik üçün təsir görülməyən səviyyə (NOEL) 85 mq/kq canlı çəki idi. Maternal toksiklik 85 və 700 mq/kq canlı çəkidə görüldü, 10 mq/kq canlı çəkidə görülmədi.

TİCARİ TƏQDİM FORMASI
20 ml, 50 ml, 100 ml və 250 ml’lik amber rəngli şüşə flakonlarda karton qutu içində təqdim edilir.