İnyeksiya Məhlulları
Mediflor-E 30% İnyeksiya üçün Məhlul
Təlimatı yükləTƏRKİBİ
Florfenikol 300mg
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
MEDIFLOR-E %30 İnyeksiya üçün Məhlul, florfenikolə həssas Qram-müsbət və Qram-mənfi bakte¬riyalara qarşı təsirli, geniş spektrli, sintetik bir bakteriostatik antibakterialdır. Bakteriyaların 50 S ribosomal alt vahidlərinə bağlanaraq protein sintezini inhibə edir. Başlıca həssas bakteriyalar bunlardır: Qram-müsbət bakteriyalar: Actinomyces sp., Corynebacterium sp., Erysipelothrix rhusiopathie, Listeria monocytogenes, əksər Staphylococcus sp., Streptococcus sp. və Clos¬tridium sp. Qram-mənfi bakteriyalar: Actinobacillus sp., Bordetella bronchiseptica, Enterobacteraceae (E.coli, Klebsiella sp., Proteus sp., Salmonella sp.), Haemophilus sp., Leptospira sp.. Moraxella sp. və Pasteurella sp. Bütün anaeroblar adətən həssasdır. Rhodococcus equi’yə təsiri orta dərəcədədir. Mycobacterium sp. və Nocardia sp. isə dirəniklidir. Əzələdaxili tətbiqdən sonra sürətli şəkildə sorulur və serum konsentrasiyası tətbiqdən 60 saat sonra təxminən 0.19 µg/ml’dir. Zülala bağ¬lanma nisbəti %12,7-18,3 arasında dəyişir. Əsasən ağciyər, qaraciyər, böyrəklər olmaqla bütün bədənə yayılır, sidik və nəcis yolu ilə bədəndən xaric olur.
İSTİFADƏ YERİ VƏ İNDİKASİYALARI
MEDIFLOR-E %30 İnyeksiya üçün Məhlul, qaramalda, florfenikolə həssas bakteriyaların törətdiyi xəstəliklərin müalicəsində istifadə olunur. Bu çərçivədə başlıca; Pasteurella haemolytica, Pasteurella multocida, Haemophilus somnus və Corynebacterium pyogenes’ın törətdiyi tənəffüs yolu infeksiyalarında (BRD), Fusobacterium necrophorum və Bacteroides melaninogenicusun törətdiyi dırnaq çürüməsi, interdigital nekrobasillozis və infeksiyalı pododermatit kimi bakterial mənşəli dırnaq xəstəliklərində, Moraxella bovis’in törətdiyi keratokonyunktivit (pink eye) xəstəliyində, Bakterial mənşəli buzov ishallarının müalicəsində istifadə olunur.
İSTİFADƏ FORMASI VƏ DOZASI
“Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə;”
MEDIFLOR-E %30 İnyeksi¬ya üçün Məhlul, quru, steril bir iynə (tərcihən 16 no’lu) və şpris ilə qaramala əzələdaxili və ya dərialtı yolla tətbiq edilə bilər.
Əzələdaxili tətbiq:
Qaramala, yalnız boyun nahiyəsinə, əzələdaxili yolla, 15 kq canlı çəki üçün 1 ml (20 mq florfenikol/ kq canlı çəki) dozada tətbiq edilir. 48 saat müddətlə qandakı təsirli qatılıqlarını qoruyur. 48 saat sonra doza təkrarı edilməlidir.
Dərialtı tətbiq:
Qaramala, dərialtı yolla, 15 kq canlı çəki üçün 2 ml (40 mq florfenikol/kq canlı çəki) dozada tətbiq edilir. 84-156 saat (3.5- 6.5 gün) müddətlə qandakı təsirli qatılıqlarını qoruyur. Dərialtı tətbiq üçün tək doza kifayətdir.
Bir inyeksiya nahiyəsinə 10 ml’dən çox tətbiq edilmə¬məli, lazım olarsa doza bölünərək tətbiq edilməlidir. İnyeksiyalar yalnız boyun nahiyəsindən edilməlidir. İstifadə zamanı aseptika və antiseptikaya riayət edilməlidir.
QİDALARDA DƏRMAN QALIĞI XƏBƏRDARLIQLARI
Dərman Qalığı Təmizlənmə Müddəti (d.q.t.m.); Müalicə müddətində və son dərman tətbiqin¬dən sonra əti üçün yetişdirilən qaramal əzələdaxili tətbiqlərdə 30 gün, dərialtı tətbiqlərdə 44 gün keçmədən kəsimə göndərilməməlidir. İnsan istehlakı üçün süd əldə edilən sağmal inəklərdə istifadə olunmur.
KONTRENDİKASİYALARI
Bilinən bir kontrendikasiyası yoxdur. Reproduksiya ilə bağlı tədqiqatlar hələ tamamlanmadı¬ğından hamilələrdə və damazlıq buğalarda istifadə edilməsi tövsiyə olunmur. Hamiləlikdə İstifadə: Reproduksiya ilə bağlı tədqiqat¬lar hələ tamamlanmadığından hamilələrdə istifadə edilməsi tövsiyə olunmur.
TİCARİ TƏQDİM FORMASI
20, 50 və 100 ml’lik şəffaf şüşə butulkalarda /karton qutuda