İnyeksiya Məhlulları
Oksimed La İnyeksiya üçün Məhlul
Təlimatı yükləOksitetrasiklin 200mg
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏR
OKSIMED LA İnyeksiya Məhlulunun təsiredici maddəsi olan oksitetrasiklin; tetrasiklin qrupundan bir antibakterial olub, bakteriyalarda ribozomal 30 S alt vahidinə birləşərək zülal sintezinin qarşısını alaraq bakteriostatik təsir göstərir. Mikroorqanizmlərin oksitetrasiklinə qarşı həssaslıqları aşağıdakı kimidir.
Yaxşı və ya orta dərəcədə həssas mikroorqanizmlər; Qram-pozitiv aeroblar: Bacillus spp., Corynebacterium spp., Erysipelotrix rhusiopathiae, Listeria monocytogenes və Streptococci növü bakteriyalar. Qram-neqativ bakteriyalar: Actinobacillus spp., Bordetella spp., Brucella spp., Francisella tularensis, Haemophlius spp., Lawsonia intracellularis, Pasteurella multocida, Yersinia spp., Campylobacter fetus, Borrelia spp. və Leptospira növü bakteriyalar. Anaerob mikroorqanizmlər: Actinomyces spp., Fusobakterium spp., Mycoplasma spp., Chlamydia spp (C. psittaci də daxil olmaqla), Ricketsiyalar (Coxiella burnetti və Ehrlichia növləri də daxil olmaqla) və Theileria, Eperythrozoon və Anaplasma kimi protozoonlar. Dəyişkən həssaslıq göstərən mikroorqanizmlər; Qazanılmış müqavimət səbəbilə Staphylococci, Enterococci, Enterobacteriaceae ailəsindən Enterobacter spp., E.coli, Klebsiella spp. və Salmonella növü bakteriyalar ilə anaerob bakteriyalardan Bacteroides spp və Clostridium spp. bakteriyalar dəyişkən həssaslıq göstərirlər. Müqavimətli orqanizmlər; Mycobacterium sp., Proteus vulgaris, Pseudomonas aeruginosa və Serratia sp., Mycoplasma növlərindən M. bovis və M. hyopneumoniae müqavimətli bakteriyalardır.
İSTİFADƏ YERİ VƏ ENDİKASİYALARI
Qaramal, keçi və qoyunlarda oksitetrasiklinə həssas bakteriyalar tərəfindən yaradılan septisemiya, tənəffüs, qastrointestinal və urogenital sistem, yumşaq toxuma infeksiyaları ilə viral infeksiyaların həssas bakteriyalardan qaynaqlanan sekundar infeksiyalarında endikedir. Qaramalda; Bronxopnevmoniya, yol vurğunu, Kolibasilloz və difteriya (Necrobasillosis), Anaplazmoz, Leptospiroz, Panarisium, Odun Dil (Wooden Tongue) xəstəliklərində, Qoyun və keçilərdə; Tənəffüs yolu infeksiyaları, dırnaq çürüməsi və göbək iltihabının müalicəsində istifadə olunur.
İSTİFADƏ QAYDASI VƏ DOZASI
'Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə;’
OKSIMED LA İny. Məhl., bütün heyvanlarda əzələdaxili yolla tətbiq edilir.
Parenteral farmakoloji doza: 20 mg/kq canlı çəki/gündür.
Praktiki doza: Dərin əzələdaxili inyeksiya ilə 1 ml/10 kq canlı çəki/gündür.
Lazım görüldüyü hallarda müalicə 3 günlük fasilələrlə təkrarlana bilər. Bir inyeksiya nahiyəsinə, qaramalda 10 ml, keçi və qoyunlarda 5 ml’dən çox tətbiq etməkdən qaçınılmalı, ümumi doza iki və ya daha çox inyeksiya nahiy¬əsinə bölünməlidir. İstifadə edərkən asepsiya və antisepsiyaya diqqət edilməlidir. Damardaxili yolla qətiyyən tətbiq edilməməlidir
QİDALARDAKI DƏRMAN QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Dərman Qalığından Təmizlənmə Müddətləri (d.q.t.m.); müalicə müddətində və son dərman tətbiqindən sonra 28 gün keçmədən qaramal, keçi və qoyunlar kəsimə göndərilməməlidir. Müalicə müddətində və son dərman tətbiqindən sonra 12 gün (24 sağım) müddətində əldə edilən inək, qoyun və keçi südü istehlaka təqdim edilməməlidir. Süddəki dərman qalığından təmizlənmə müddətinin uzun olması səbəbilə; insan istehlakı üçün süd əldə edilən qaramal, qoyun, keçilərə tətbiq edilməsi tövsiyə olunmur.
KONTRENDİKASİYALAR
Damardaxili yolla tətbiq edilmir. At, pişik və itlərdə istifadə edilməməlidir. Tetrasiklinə həssas heyv¬anlarda, qaraciyər və böyrək çatışmazlığı olanlarda istifadə edilməməlidir.
Hamiləlikdə istifadə: Tetrasiklinlər yan təsirləri səbəbilə hamiləliyin ilk və son 1/3-ündə istifadə edilməməlidir. Lakin qoyunlarda Chlamydia sp. tərəfindən yaradılan abortlarda, həkim və heyvan sahibi tərəfindən fayda-zərər hesabı aparılaraq istifadə edilə bilər.
TİCARİ TƏQDİM FORMASI
Karton qutu içərisində 25, 50 və 100 ml’lik kəhrəba rəngli şüşə flakonlarda satışa təqdim edilir.