Antiparazitar Dərmanlar

Coxason SB-6 Oral Məhlul Tozu

Təlimatı yüklə

%60 Sulfaklozin 

İSTİFADƏ YERİ/İNDİKASİYALARI

COXASON SB-6, ətlik toyuqlarda həssas bakteriyalar tərəfindən yaradılan infeksiyaların və Koksidiozun müalicəsində istifadə olunur:
Eimeria növləri: E. tenella, E. necatrix, E. acervullina, E. maxima, E. brunetti, E. meleagrimitis və digər Eimeria sp.
Quş tifosu (Salmonella gallinarum), Quş xolerası (Pasteurella multocida), İnfeksion koriza (Haemophilus paragallinarum).

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

COXASON SB-6’nın təsiredici maddəsi olan sulfaklozin, sulfanomid törəməsi antibakterial və antikoksidial təsirli sintetik bir maddədir. COXASON SB-6, təsir tərzi baxımından digər sulfonamidlərə bənzəyir. Protozoon və bakteriya metabolizmasında paraamino benzoik turşu’nun yerini alaraq fol turşusu sintezini inhibə edərək təsir göstərir. Antibakterial olaraq təsiri bakteriostatik, antikoksidial olaraq təsiri də koksidiositdir. Təsir spektrinə daxil olan bakteriyalar: Qram müsbət aeroblar: Staph, aureus, Streptococcus sp., Actinomyces sp., Corynebacterium sp., Listeria monocytogenes, Erysipelothrix rhusiopathie. Qram mənfi aeroblar: Actinobacillus sp., Bordetella sp., Enterobacteriaceae (E. coli, Klebsiella sp., Proteus sp., Salmonella sp., Yersinia sp.) Haemophilus sp., Pasteurella sp. Anaeroblar : Actinomyces sp., Bacteroides sp., Fusobacterium sp., bəzi Clostridium sp., Chlamydia sp. Bəzi Mycobacterium sp. və bəzi Nocardia sp. orta dərəcədə həssasdır. Rickettsia sp., Leptospira sp., Pseudomanas aeruginosa, Mycoplasma sp. davamlı olaraq qəbul edilir.

COXASON SB-6’nın təsiredici maddəsi olan sulfaklozin’in təsirli olduğu protozoonlar bunlardır: Eimeria növləri, E. tenella, E. necatrix, E. acervullina, E. maxima, E. brunetti, Eimeria sp.

İçməli su ilə verildikdə sürətlə sorularaq orta hesabla 1-3 saat ərzində qanda maksimum səviyyəyə çatır və təsirli qatılığını 12 saat müddətində qoruyur. Böyrəklərdən və məhdud ölçülərdə öd və nəcis yolu ilə xaric olurlar.