Antiparazitar Dərmanlar

Fullstop Tökmə Məhlul

Təlimatı yüklə

%1 Veteriner Ektoparazit əleyhinə

İSTİFADƏ YERİ və İNDİKASİYALARI

FULLSTOP %1 P.O. Tökmə Məhlulu, mal-qara və qoyunlarda olan və digər gənə dərmanlarına davamlılıq qazanmış olsalar belə bütün tək və çoxsahibli gənələrə (Boophilus spp, Hyalomma spp., Rhipicephalus spp., Amblyomma spp. Dermacentor marginatus) gicişmə törədiciləri (Psoropotes gicişməsi), dişləyən milçək, sorucu və dişləyən bit (Haemotopinus sternus, Linognathus vituli, Bavicola bovis, B. ovis, Melophagus ovinus) kimi xarici parazitlərdən irəli gələn invaziyaların müalicəsi və nəzarəti məqsədilə istifadə olunur. Dərman, göstərilən parazit növlərinin həm yetkin, həm də sürfə formaları üzərində təsirlidir.

QABLAŞDIRMA

100 ml, 500 ml, 1 Lt və 2,5 Litr.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

FULLSTOP %1 Tökmə Məhlul, sintetik piretroidlərdən Flumetrin saxlayır. Sintetik piretroidlər, təbii piretrinlərə bənzər şəkildə təmas və mədə zəhəri olaraq təsir edir, sistemik bir təsir yaratmırlar. Bu qrupa aid insektisidlər lipofilik xarakterlidir. Bu səbəbdən parazit insektlərin lipoid molekullarla zəngin kutikulasından asanlıqla keçərək təsir nöqtələrinə çatırlar. Piretroidlər ümumiyyətlə piy toxumasına afinlik göstərirlər. Dərinin stratum korneum qatındakı hüceyrələrarası bölgədəki piyli toxumalarda toplanaraq bütün dəri səthinə yayılırlar. Flumetrin təsirini, parazitlərin sinirlərindəki natrium kanallarının giriş kinetikasını dəyişdirmək yolu ilə göstərir. Flumetrin natrium kanallarının ya uzun müddət açıq qalmasını, ya da yavaş bağlanmasını təmin edərək sinir hüceyrəsi içinə həddən artıq miqdarda natrium axınına səbəb olur və bu şəkildə sinir ötürülməsi blokə edilmiş olur. Bu da parazitin sinir hüceyrəsi membranında təkrarlanan boşalma və ani depolyarizasiyaya səbəb olur və bu da parazitin iflicinə səbəb olur. FULLSTOP %1 Tökmə Məhlul, piyli həlledici xarakterli daşıyıcı içərisində həll edildiyindən, dəri üzərinə tətbiq edildikdə dərinin stratum korneum və dəri hüceyrələri arasındakı piyli hüceyrələrarası səthlər arasından keçərək bədənin tamamına yayılır. Flumetrin dəri üzərinə tətbiq edildikdən 4 saat sonra bütün dəri səthinə yayılır, 1 gün sonra isə ayaqlar daxil olmaqla bütün dəri səthində mühüm gənə növlərinin eliminasiyası üçün kifayət edən kon¬sentrasiyaya çatdığı müəyyən edilmişdir. FULLSTOP tətbiq edildikdən 1 gün sonra bel dərisində 670 ppm, omba dərisində 228,3 ppm, scapula bölgəsindəki dəri səthində 61.9 ppm, məmə dərisində 14.9 ppm, lînea alba üzərində isə 2.7 ppm ölçülmüşdür. Lipofilik xarakterli bir birləşmə olduğu üçün bədəndə ən çox piy toxuması, qaraciyər və böyrəkdə toplanır. Dəridən çox az miqdarda sorulduğundan qalıq dəyərləri qəbul edilən qalıq hədlərinin çox altında qalır. Flumetrin’in metabolitləri sidik (%33) və nəcis ilə xaric olunur. Toksikoloji məlumatlar: Dünya Səhiyyə Təşkilatının (WHO) təsnifatına görə Flumetrin’in toksiklik sinfi ll’dir. Flumetrin ‘in akut oral LD50 dəyəri dişi Wistar siçanlarında 41 – 3849 mq/kq’dır. Akut dermal LD50 dəyəri rəflərdə >5000 mq/kq c.ç. olaraq bildirilmişdir.