Antiparazitar Dərmanlar

Diclacox Oral Suspenziya

Təlimatı yüklə

Diclacox Oral Suspenziya

Hər bir ml’də 25 mq Diklazuril saxlayır.

İSTİFADƏ YERİ və İNDİKASİYALARI

DICLACOX %2,5 ORAL SUSPENZİYA Oral Suspenziya quzu və buzovların koksidioz xəstəliyindən qorunmasında və müalicəsində təsirlidir. Xüsusilə quzularda daha patogen olan Eimeria növlərinin: E. crandalis və E. ovinoidalis’in müalicəsində indikedir. Buzovlarda Eimeria bovis və Eimeria zuernii’yə qarşı təsirlidir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI

“Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə.”Sulandırılaraq iynəsiz ölçülü şpris ilə oral yolla tətbiq edilir.

Müalicə dozası: Diklazurilin farmakoloji dozası:

Quzularda 1 mq/kq canlı çəkidir. Praktiki olaraq 1 ml DICLACOX %2,5 Oral Suspenziya 25 kq canlı çəkini müalicə edir.
Buzovlarda 5 mq/kq canlı çəkidir. Praktiki olaraq 2 ml DICLACOX %2,5 Oral Suspenziya 10 kq canlı çəkini müalicə edir.
Qoruyucu olaraq: 4-6 həftəlik yaşda, Koksidioz hallarının görülmə ehtimalı yüksək olduğundan 1 doza (Quzularda 1 ml, buzovlarda 5 ml DICLACOX %2,5 Oral Suspenziya / 25 kq canlı çəki) tətbiq edilir. Lazım gələrsə 3 həftə sonra təkrar edilir.