Antiparazitar Dərmanlar
Coxmed Oral Məhlul
Təlimatı yüklə%2,5 Toltrazuril
İSTİFADƏ SAHƏSİ və İNDİKASİYALARI
Toyuq və hind toyuqlarının koksidioz xəstəliyindən qorunmasında və müalicəsində təsirlidir.
Toyuqlarda: Eimeria acervulina, Eimeria tenella, Eimeria necatrix, Eimeria brunetti, Eimeria maxima və Eimeria mitis’dən qaynaqlanan Koksidioz’un müalicəsi və qarşısının alınmasında istifadə edilməkdədir.
Hind toyuqlarında: Eimeria adenoides, Eimeria meleagridis və Eimeria meleagrimitis’in səbəb olduğu Koksidioz’un müalicəsi və qarşısının alınmasında istifadə edilməkdədir.
QABLAŞDIRMA
100 ml, 500 ml, 1 Litr, 2.5 Litr və 5 Litr
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
COXMED Oral Məhlul, antikoksidial bir agent olan Toltrazuril ehtiva edir. Toltrazuril, toyuq və hind toyuqlarındakı koksidioz amillərinə qarşı təsirlidir. Parazitin bütün hüceyrədaxili inkişaf mərhələlərində, şizontlar və qametositlərin çoxalma dövrlərində təsir göstərir. Araşdırmalar, Toltrazuril’in hüceyrə tənəffüsü zəncirində və pirimidin sintezində iştirak edən bəzi fermentləri inhibə edərək Eimeria sp. üzərinə təsir etdiyini göstərir.
Tətbiqdən sonra maksimum plazma Toltrazuril səviyyəsi 0,62 µg/ml’dir. Bədəndən sürətlə xaric olur, 24 saat sonra qanda aşkar edilə bilməyəcək səviyyəyə enir. Başlıca metabolitləri olan toltrazuril sulfoksid və toltrazuril sulfon, böyük oranda nəcis ilə xaric olur.