Antiparazitar Dərmanlar

Seabit Oral Toz

Təlimatı yüklə

SEABIT Baytarlıq Dərmanlı Premiks/Oral Toz 1 qramında 2 mg Emamektin benzoat saxlayan ağ krem rəngli, qoxusuz, incə hissəcikli toz formulyasiyadır.

Farmakoloji Xüsusiyyətləri

SEABIT Oral toz/Baytarlıq Dərmanlı Premiks olan Emamektin benzoat;Streptomyces avermectinius’un fermentasiya məhsulundan əldə edilən geniş spektrli bir makrosiklik lakton olan avermektinin yarımsintetik törəməsidir. 16 üzvlü bir lakton halqasına və buna birləşən dioleandrosil qrupuna sahib olmaqla xarakterizə olunur. Benzoat duzu molekula stabillik təmin edir. Emamektin benzoat’ın təsir mexanizmi dəqiq olaraq bilinməsə də, aparılan tədqiqatlar avermektinlərin onurğasızların sinir liflərindəki qlutamat-vasitəli xlor kanallarına rəqabətli olaraq birləşdiklərini göstərir. Onurğasızlardakı qlutamat-xlor kanallarının paylanması, udlaq pompası (pharyngeal pump) kimi spesifik əzələlərdə lokalizədir. Bu kanalları açaraq, hüceyrə membranının xlor ionlarına olan keçiriciliyini artırır, bunun nəticəsində hüceyrədə hiperpolyarizasiya yaranır və parazit iflic olaraq ölür. Emamektin benzoat yavaş sorulur amma toxumalara geniş ölçüdə yayılır. Bədəndən xaric olunması da olduqca yavaşdır.

İstifadə Yeri və Endikasiyaları

Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə;
SEABITOral Toz/Baytarlıq Dərmanlı Premiks, yetişdirilən Salmon balıqlarında görülən  (Salmo salar) paraziti və Qızılbalıqlardakı (Oncorhynchus mykiss) ilə (Lepeophtheirus sp. və Caligus sp.) parazitlərinə qarşı müalicə məqsədilə istifadə olunur.

Tətbiq Qaydası və Dozası

“Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə.”
SEABITOral Toz/Baytarlıq Dərmanlı Premiksyemə qarışdırılaraq oral yolla istifadə olunur. Emamektin benzoat’ın farmakoloji dozası 50 µg/kq canlı çəkidir.Müalicə müddəti 7 gündür. Praktiki doza olaraq 1 qr SEABIT 40 kq canlı çəkini müalicə edir.
Tövsiyə olunan müalicə tətbiqi sayı; 12 ay ərzində 3 dəfədən çox olmamaq şərti ilə həyat tsikli boyunca 5 müalicə tətbiqini keçməməlidir.