Antibakterial Dərmanlar
Oksimed Oral Məhlul Tozu
Təlimatı yüklə%50 Oksitetrasiklin
İSTİFADƏ YERİ və ENDİKASİYALARI
Oksimed Oral Məhlul Tozu, ətlik hind toyuğu və toyuqlar ilə mədə fəaliyyəti başlamamış buzovlarda Oksitetrasiklinə həssas bakteriyalar tərəfindən yaradılan aşağıdakı infeksiyaların müalicəsində istifadə olunur.
Toyuq və hind toyuqlarında; Xronik tənəffüs sistemi xəstəliyi (M. gallicepticum), Psittakoz (Chlamidia psittaci), İnfeksion Synovitis (M.synovia), Vəba (P. multocida) və digər tənəffüs sistemi infeksiyalarında.
QABLAŞDIRMA
250 qr, 500 qr, 1 kq, 5 kq və 25 kq.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Oksimed Oral Məhlul Tozunun təsiredici maddəsi oksitetrasiklin, tetrasiklin törəməsi geniş spektrli bir antibiotikdir. Çoxlu sayda qram-pozitiv və qram-neqativ bakteriyaya qarşı bakteriostatik təsir göstərir. Bakteriya ribozomunun 30 S alt vahidindəki reseptora birləşərək mRNT ribozomundakı akseptora, aminoasil tRNÂ’nın birləşməsinin qarşısını alır və peptid zəncirinə yeni amin turşusu birləşdirə bilmədiyi üçün zülal sintezini inhibə edir.
Oksitetrasiklinin təsirli olduğu bakteriyalar aşağıdakı kimidir;
Qram-pozitiv aerob bakteriyalar (Bacillus sp.. Corynebacterium sp., Erysipelothrix rhusiopathia, Listeria monocytogenes və Streptococci), Qram-neqativ bakteriyalar (Actinobacıilus sp., Bordetella sp., Francisella tularensis, Haemophilus sp., Pasteurella multocida, P. haemolytica, Yersinia sp., Campylobacter fetus, Borrelia sp. və Leptospira sp. Moraxella bovis), Anaerob bakteriyalar (Actinomyces sp., Fusobacterium sp.,) və Chlamydia sp,, Ehrlichia sp., Coxiella burnetti və Anaplasma’lara təsiri yaxşı dərəcədədir.
Qazanılmış müqavimət səbəbilə Staphylococci, Enterococci, Enterobacter sp., Enterobacteriaceae ailəsinə daxil Enterobacter sp., E.coli, Klebsiella sp., Proteus sp., Salmonella sp., Anaerob bakteriyalardan Bacteroides sp. və Clostridium sp.’yə təsiri dəyişkəndir.
Mycobacterium sp., Proteus vulgaris, Pseudomonas aeroginosa, Serratia sp., Mycoplasma bovis və M. hyopneumoniae tetrasiklinlərə müqavimətli qəbul edilir.
Oral yolla tətbiq edildikdə sürətli və yüksək konsentrasiyada sorularaq bütün bədənə yayılır və müxtəlif növ heyvanlarda qandakı yarımparçalanma müddəti 6 – 8 saat arasındadır. Təsirli qan qatılığının qorunması üçün 12 saat fasilələrlə tətbiqin təkrarlanması lazımdır. Təsirli qatılıqlarda plevra, periton və beyin-onurğa beyni mayesinə keçir. Qaraciyər, dalaq, prostat, öd və sidikdə toplanır. Qeyd edilən farmakokinetik profil sistemik infeksiyaların müalicəsi baxımından əhəmiyyət daşıyır. Oksitetrasiklin böyük nisbətdə sidiklə və daha aşağı nisbətlərdə də öd yolu ilə xaric olunur. Bu səbəbdən sidik sistemi xəstəliklərində, qaraciyər infeksiyalarında olduqca təsirlidir. Öd yolu ilə xaric olunan hissəsi bağırsaqlardan geri sorularaq enterohepatik dövrana daxil olur.