Antibakterial Dərmanlar
Medicamox Oral Məhlul Tozu
Təlimatı yükləMEDICAMOX Oral Məhlul Tozu, ağ-çirkli ağ rəngli incə hissəciklərdən ibarət toz olub, 1qr’ında 564,3 mq (500 mq amoksisilinə ekvivalent) Amoksisilintrihidrat saxlayır.
Farmakoloji Xüsusiyyətləri
MEDICAMOX Oral Məhlul Tozu, yarımsintetik və geniş antibakterial spektrli bir penisilin törəməsi olan amoksisilin əsasına dayalı olaraq hazırlanmış bir toz formuludur. Amoksisilin bakteriya hüceyrə divarında olan spesifik proteinlərə bağlanmaq yolu ilə bakteriya hüceyrə divarı sintezini önləyir və bakteriyanın parçalanmasına yol açır, beləliklə həssas patogen bakteriyalarda bakterisid təsir formalaşır. Amoksisilin həm qram-pozitiv, həm də qram-neqativ bakteriyalara təsir göstərir.
Həssas bakteriyalar:Beta hemolitik Streptococcus sp’ləri də əhatə edən çoxu qram-pozitiv bakteriyalar (Strep. agalactiae, S. canis, S. zooepidemicus, S. dysgalactiae, S. suis, S. uberis, Bacillusanthracis, Actinomyces sp., çoxu Corynebacter sp., Erysipelothrixrhusiopathiae, çoxu Listeriamonocytogenes), bəzi anaeroblar (Clostridium sp., çoxu Fusobacterium sp., bəzi Bacteroides sp.), bəzi qram-neqativ aeroblar (Haemophilussomnus), Borrelia sp.,Leptospira sp., Actinobacillus sp., Haemophilus sp., Moraxella sp., Pasteurella sp..
Orta dərəcəli həssaslıq göstərən bakteriyalar:Qazanılmış immunitet səbəbilə dəyişməklə yanaşı bu bakteriyalar orta dərəcədə həssasdır; Actinobacillus sp.,Borrelia sp., Haemophilus sp., Leptospira sp., Moraxella sp., Pasteurella sp., Proteus sp., Taylorellaequigenitalis, Serpulina sp., Campylobacter sp., Enterococci, Rhodococcusequi, Enterobacteriaceae’da davamlılıq inkişafı geniş yayılmışdır.
Davamlı bakteriyalar:Bacteroidesfragilis, Bordetellabronchiseptica, Citrobacter sp.,Enterobacter sp., Klebsiella sp., digər Proteus sp., Pseudomonasaeroginosa, Serratia sp., Yersiniaenterocolitica.
Heyvanlara ağız yolu ilə verildikdə həzm kanalından asanlıqla və demək olar ki, tam nisbətdə sorularaq yarım saatda təsirli qan qatılığına çatır və bütün bədənə geniş miqyasda yayılır. Xüsusilə tənəffüs yolları, qaraciyər, böyrək və sidik sistemində cəmlənir. Təsirli qatılıqlarda yumşaq toxumalar, dəri və selikli qişalara da keçir. Amoksisilin, başlıca tübulyar ifraz mexanizmi ilə böyrəklər vasitəsilə bədəndən xaric olunur. Bir doza ilə verilən dərmanın kiçik bir hissəsi penisiloik turşuya hidroliz olaraq təsirsiz metabolitləri halında və böyük hissəsi də heç bir dəyişikliyə uğramadan xaric olunur.
İstifadə Yeri və İndikasiyaları
MEDICAMOX Oral Məhlul Tozu, ətlik toyuq və hinduşkalarda görülən Kolibasilloz, Pullorum, Tif, Paratif, hinduşkaların hava kisəsi iltihabı, Yoluxucu Zökəm, Listerioz, Clostridium infeksiyaları ilə viral və Mycoplasma mənşəli (CRD və CCRD) xəstəliklərə qarışan ikincil bakterial infeksiyaların müalicəsində istifadə olunur.
Tətbiq Qaydası və Dozası
‘Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə’
Amoksisilin əsasına görə tətbiq ediləcək dərman dozası 20 mq/kq canlı çəki/gün olub; tətbiq içməli su yolu ilə, xəstəliyin şiddətinə bağlı olaraq 3-5 gün müddətində tətbiq olunur. Gündəlik olaraq alınması lazım olan doza, 2-3 saat ərzində istehlak ediləcək içməli su içərisində həll edilərək verilə bilər.
Ətlik toyuq və hinduşkalarda toplu müalicə üçün, ümumi canlı çəki əsasına görə hesablanacaq gündəlik dərman miqdarı;
MEDICAMOX Oral Məhlul Tozu= Quş sayı x Orta canlı çəki x 40/1000