Antibakterial Dərmanlar
Medicatay Oral Məhlul Qranulu
Təlimatı yükləMEDICATAY Oral Qranulu; sarımtıl axıcı qranul olub hər Medicatay 100 q qablaşdırması 100 q tilozin bazaya ekvivalent miqdarda tilozin tartarat ehtiva edir.
Farmakoloji Xüsusiyyətləri
Tilozin Streptomyces fradiae kulturalarından əldə edilən makrolid bir antibiotikdir. Bakteriya ribosomlarında 50 S subvahidinə bağlanaraq translokasiya mərhələsini inhibə edir. Tilozin əsasən qram-müsbət bakteriyalara qarşı təsir göstərir. Tilozinə həssas başlıca bakteriyalar bunlardır;
Mycoplasma sp., Leptospira sp., Erisipelas sp., Haemophilus pertusii, Morexella bovis, Borrelia anserina, Treponema hyodysenteria.Tilozin xüsusilə Mycoplasma gallisepticum tərəfindən törədilən infeksiyalarda olduqca təsirlidir. Staph. aureus ştammları arasında dirənikli ştammlar əmələ gələ bilər.
Tilozin tartarat oral yolla sürətli və yüksək nisbətdə sorularaq 1 saat ərzində terapevtik qan konsentrasiyasına çatır. Tənəffüs yollarındakı konsentrasiyası plazma konsentrasiyasının bir neçə qatına çatır. Əhəmiyyətli dərəcədə süd və yumurtaya da keçir. Tilozin, eritromisində olduğu kimi əsasən qaraciyərdə metabolizə edildikdən sonra təxminən yüzdə 90’ı öd vasitəsilə bağırsaqlardan xaric olur. Süd və yumurta da əhəmiyyətli xaricolma yollarındandır. %2-5 civarında sidik vasitəsilə də xaric olunur.
İstifadə Yeri və İndikasiyaları
Toyuq və Cücələrdə
- Ətlik və damazlıq cücələrdə, tilozinə həssas Mycoplasma gallisepticum və Mycoplasma synoviae’nin törətdiyi xroniki tənəffüs yolu xəstəliyinin (CRD) müalicəsində,
Hind toyuqlarında - Tilozinə həssasMycoplasma gallisepticum’un törətdiyi sinusit infeksiyasının müalicəsində istifadə olunur.
Tətbiq Forması və Dozası
Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə;
Farmakoloji doza
Cücələr üçün:100 mq tilozin/ kq canlı çəki/gün
Hind toyuqları üçün:120 mq tilozin/ kq canlı çəki/gün’dür.
100 qramlıq bir paket ətlik toyuqlarda ümumi 1000 kq canlı çəki üçün bir günlük tətbiq dozası və ümumi 830 kq canlı çəkiyə malik hind toyuqları üçün bir günlük tətbiq dozasıdır. Lazım olan toz heyvanların bir gündə içə biləcəkləri suya qarışdırılaraq istifadə olunur. Dərmanlı su hər gün təzə olaraq hazırlanmalıdır. Dərmanlı suyun verilməsindən 2-3 saat əvvəl heyvanların susuz buraxılması tövsiyə olunur. Müalicələrə xəstəliyin vəziyyətinə görə 3-5 gün davam edilməlidir.