Antibakterial Dərmanlar

Danomed Oral Məhlul Tozu

Təlimatı yüklə

DANOMED Oral Məhlul Tozu
Hər qr’ında 100 mg Danofloksasinə bərabər miqdarda Danofloksasin mesilat ehtiva edir.

Farmakoloji Xüsusiyyətləri

Danofloksasin güclü invitro aktivliyə malik sintetik bir florokinolondur. Danofloksasinin antimikrob aktivliyi mikrob DNT giraz fermentlərinin inhibə edilməsinə əsaslanır. İnhibə edici təsir fermentativ reaksiyaların ikinci mərhələsində baş verir və DNT’nın ayrılma və yenidən bir araya gəlmə funksiyalarının qarşısını alır. Danofloksasin digər florokinolonlarla ortaq bir mexanizm ilə, DNT və ferment arasında daimi bir kompleks əmələ gətirir. Bunun nəticəsində DNT’nın replikasiyası və transkripsiyası sona çatır.
Başlıca həssas bakteriyalar; E.coli, Salmonella sp., Enterobacter sp., Serratia sp., Proteus sp., Klebsiella sp., Shigella sp., Yersinia sp., Moraxella sp., Acinobacter sp., Actinobacillus sp., Pasteurella sp., Leptospira sp., Campylobacter sp., Citrobacter sp., Haemophilus sp., Ehrlichia sp., Coxiella brunetti, metisilinə və gentamisinə davamlı olanlar da daxil Staphylococcus sp., penisilinə davamlı olanlar da daxil N.gonorrhoeae, N. meningiditis, Corynebacterium sp., Chlamydia sp., V.cholerae, Mycoplasma sp.’dir.
Strep. suis, Strep. agalactia, Strep dysgalactia, Strep. zooepidemicus, R.equi, Mycobacterium sp. orta dərəcədə həssaslıq göstərir. Anaerob kokların çoxu, Clostridium sp., Bacteroides sp., və Ps. maltophila kinolonlara ümumiyyətlə az həssas və ya davamlıdır.
Danofloksasin ev quşlarında oral qəbuldan 1,5 saat sonra 0,47 µg/ml olan pik serum qatılığına çatır. Yarılanma müddəti 6,62 saatdır və bioyararlılığı %99’dur.

İstifadə Yeri və İndikasiyaları

Ətlik və damazlıq cücələrdə, Mycoplasma gallisepticum və Myc. synoviae’nin səbəb olduğu xroniki tənəffüs yolu xəstəliyi (CRD)‘nin müalicəsində;
Myc. gallisepticum’un səbəb olduğu sinusit infeksiyasının müalicəsində;
E.coli’nin səbəb olduğu (E.coli tənəffüs xəstəliyi, sakkulit və ya koliseptisemiya) və ya qarışdığı tənəffüs yolu və həzm sistemi (Kolibasilloz) infeksiyalarının müalicəsində;
Salmonella sp.’nin yol açdığı enterik və sistemik infeksiyaların müalicəsində istifadə olunur.

Tətbiq Forması və Dozası

‘Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə’
Farmakoloji doza:Ev quşlarında E.coli və CRD müalicəsi üçün 5 mg/kg canlı çəki/gündür.
1 həftəlikdən kiçik cücələrdə Mycoplasma infeksiyalarında 50 mg/kg canlı çəki/gündür.
Praktik doza: 100 kg canlı çəki üçün 5 qr DANOMED içməli suya əlavə edilərək istifadə olunur.
1 həftəlikdən kiçik cücələrdə 100 kg canlı çəki üçün 50 qr DANOMED istifadə olunur.
Müalicə müddəti 3 gündür.