Antibakterial Dərmanlar

Ertruth 35% Oral Məhlul Tozu

Təlimatı yüklə

ERTRUTH % 35 Oral Məhlul Tozu; Ağ və ya ağa yaxın rəngdə olub, 1qr’ında 350 mq Eritromisin bazaya ekvivalent Eritromisin Tiosianat saxlayır.

Farmakoloji Xüsusiyyətləri

Eritromisin, Streptomyceserythreus’dan əldə edilən makrolid qrupuna aid geniş spektrli bir antibiotikdir. Bakteriyalarda 50S ribosomal alt vahidlərə bağlanaraq böyüyən peptid zəncirinin sonunda peptid bağının formalaşmasını blokə etməklə, protein sintezinin pozulması yolu ilə təsir göstərir. Eritromisin əsas etibarilə bakteriostatikdir, lakin yüksək qatılıqlarda bakterisid təsirlidir.
Təsir spektrinə daxil olan bakteriyalar bunlardır; Qram-pozitiv aeroblar; Bacillus sp.,Staphylococcus sp., Sterptococcus sp. (penisilinə davamlı beta-laktaz ifraz edənlər də daxil olmaqla), Corynebacterium sp.,Erysipelotrixrhusiopathiae,
Qram-neqativ aeroblar; Actinobacillus sp.,Campylobacter sp., Leptospira sp.,
Anaerob bakteriyalar; Clostridium sp.,Bacteroides sp. (B. Fragilis istisna olmaqla), bəzi Fusobacterium sp.,Actinomyces sp., anaerob koklar.
Pasteurella sp.,Haemophilus sp., Enterococcus sp., bəzi Bordetella sp., Legionella sp., Erhlichianövləri orta dərəcədə həssasdır.
Mycobacterium sp.,Nocardia sp., Enterobacteriaceae, E. coli, Klebsiealla sp., Pseudomanas sp., B. fragilis, Chlamydiapsittacidavamlıdır.
ERTRUTH % 35 Oral Məhlul Tozu, oral yolla verildikdən sonra, nazik bağırsaqların yuxarı hissəsindən asanlıqla sorulur, 1 – 2 saat ərzində pik plazma konsentrasiyasına çatır və sürətlə bütün bədən toxuma və mayelərinə yayılır; Qaraciyər, ağciyər və böyrəklərdə yüksək nisbətdə olur. Bədəndən böyük ölçüdə öd ilə, daha az miqdarda isə sidik yolu ilə xaric olunur.

İstifadə Yeri və İndikasiyaları

ERTRUTH % 35 Oral Məhlul Tozu; Toyuqlarda tənəffüs sistemi infeksiyaları, xroniki tənəffüs sistemi xəstəliyi (CRD), hava kisəsi iltihabı (airsacculitis), yoluxucu zökəm (enfeksiyözkoriza), Ornithobacterium rhinotracheale, infeksion sinusit və xüsusilə penisilinə davamlı Staphylococcous Streptokoklardan irəli gələn infeksiyaların müalicəsində.

Tətbiq Qaydası və Dozası

‘Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə’
21 mq eritromisin / kq canlı çəki / gün doza hesabı ilə tətbiq edilir.
Praktiki Doza:60qr ERTRUTH % 35 Oral Məhlul Tozu: 1 ton canlı çəkini müalicə edir. Lazım olan miqdar gündəlik içməli suya əlavə edilərək 3-5 gün müddətində içirdilir. Dərmanlı su hər gün təzə olaraq hazırlanmalıdır.