Antibakterial Dərmanlar
Medicalin Oral Məhlul Tozu
Təlimatı yükləMEDICALIN Oral Məhlul Tozu, ağ- açıq krem rəngli incə hissəciklərdən ibarət toz olub, 1 qr tozda; 400 mq linkomisin bazaya ekvivalent linkomisin hidroxlorid saxlayır.
Farmakoloji Xüsusiyyətləri
MEDICALIN Oral Məhlul Tozunun təsiredici maddəsi olan Linkomisin, Streptomyceslincolnensis’dən əldə edilən; linkozamidlər sinfinə aid bir antibiotikdir. 50S ribosomal alt vahidlərə təsir edərək, ribosomal protein sintezini inhibə edir. Linkomisinin antibakterial aktivliyi xüsusilə qram-pozitiv bakteriyalar və anaerob bakteriyalar üzərinədir. Bacillus sp.,Corynebacterium sp., Erysipelothrixrhusiopathiae, Stapylococcus sp., Streptococcus sp. (Enterococcuscppistisna olmaqla), Campylobacter sp.,Actinomyces sp., Bacteroides sp. (Bac. fragilisdə daxil olmaqla), Clostridiumperfiringes(digər Clostridiumsp istisna olmaqla), Fusobacteirum sp., anaerob koklar həssasdır. Başda Klebsiella sp.,Salmonella sp., Pseudomonas sp., Pasteurella sp. olmaqla qram-neqativ bakteriyalar, Nocardia sp.,Mycobacterium sp.isə davamlıdır. Oral yolla tətbiqdən sonra bağırsaqlardan sürətlə sorulur və qandakı pik konsentrasiya səviyyəsinə 2-4 saat ərzində çatılır. Tətbiqdən sonra Linkomisin’in təxminən % 70’i plazma proteinlərinə bağlanaraq daşınır və xüsusilə mukus içində çox yüksək penetrasiya dəyərlərinə çatır. Sümük toxuması içindəki yayılması yaxşı səviyyədədir. İltihab olmadığı hallarda belə plevral və peritoneal maye içinə diffuziya olunur. Bununla yanaşı Linkomisin; xüsusilə polimorfonuklear neytrofillərlə daşınaraq infeksiya bölgəsində cəmlənir. Tətbiqdən sonra Linkomisin, böyük nisbətdə nəcis (%77) və sidik ilə (%14) xaric olunur.
İstifadə Yeri və İndikasiyaları
MEDICALIN Oral Məhlul Tozu, mikoplazmalar, qram-pozitiv və bəzi qram-neqativ bakteriyaların səbəb olduğu,
Toyuqlardaquş mikoplazma mənşəli CRD və ya hava kisəsi iltihabı, koliform infeksiyalar, Nekrotik enterit (Clostridiumperfringens) və dermatit müalicəsində indikedir.
Tətbiq Qaydası və Dozası
“Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə”
MEDICALIN Oral Məhlul Tozu quş və hinduşkalarda içməli suya qarışdırılaraq istifadə olunur.
Farmakoloji dozası5 mq/kq canlı çəki/gün olub, praktiki olaraq hər 80 kq canlı çəki üçün 1 qram toz istifadə olunur. Müalicə müddəti 7 gündür. Dərmanlı su hər gün təzə olaraq hazırlanmalıdır. Dərmanlı suyun verilməsindən 2-3 saat əvvəl heyvanların susuz buraxılması tövsiyə olunur.