Antibakterial Dərmanlar

Tilomed 30% Oral Məhlul

Təlimatı yüklə
TILOMED %30 Oral Məhlul, hər ml’sində 300 mg Tilmikosin bazaya ekvivalent Tilmikosin fosfat tərkibli, sarı kəhrəba rəngli, şəffaf, qoxusuz, ağızdan qəbula məxsus bir məhluldur.
 

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

TILOMED %30 Oral Məhlul,Tilmikosinə həssas Qram-müsbət və Qram-mənfi bakteriyalara qarşı təsirli bir formuladır. Tilmikosin Tilozindən sintez edilmiş yarımsintetik makrolid qrupu bir antibakterialdır. Bakteriya hüceyrəsində zülal sintezini inhibə edərək təsir göstərir. Təsir spektri baxımından tilozinə bənzəyir, lakin Pasteurella sp.’yə qarşı daha təsirlidir.
Başlıca həssas bakteriyalar:Staphylococcus aureus, Streptococcus agalactica, Corynebacterium pyogenes, Clostridium perfringens, Mycoplasma sp., Ornithobacterium rhinotracheale, Pasteurella hemolytica, Pasteurella multocida, Haemophilus somnus, Fusobacterium necrophorum’dur.
Quşlarda oral yolla verildikdən sonra sürətlə sorularaq qan dövranına və qandan da sürətlə infeksiya nahiyələrinə yayılır. Ağciyərdə (2,3 μg/ml) və hava kisələrində (3,29 μg/ml) ən yüksək Tilmikosin qatılığına müalicədən 48 saat sonra çatdığı halda, qanda 10 μg/ml’lik ən yüksək plazma səviyyəsinə 84 saat sonra çatır. Tətbiqdən 6 saat sonraya qədər ağciyər və hava kisələrində Tilmikosin olur. Ağciyərdəki ən yüksək dərman qatılığı serumla müqayisədə 6,2 dəfə daha böyükdür. Qismən dimetilləşir və hidroksilləşir ya da sulfata reduksiya olunur. Əsas olaraq qaraciyər və böyrəklərdə qatılığı yüksəkdir, bunun yanında daha az nisbətdə də əzələ və yağlara yayılır. Sidik və öd yolu ilə xaric olur. 

İSTİFADƏ YERİ VƏ GÖSTƏRİŞLƏRİ

TILOMED %30 ORAL MƏHLUL, ətlik toyuqlarda və hinduşkalarda Mycoplasma gallisepticum, M. synoviae, Ornithobacterium rhinotracheale, Pasteurella multocida və digər həssas mikroorqanizmlərin səbəb olduğu tənəffüs sistemi infeksiyalarının müalicəsində istifadə olunur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI

‘Baytar Həkim tərəfindən başqa bir şəkildə tövsiyə edilmədiyi təqdirdə’
Farmakoloji Doza:Tilmikosinin quş heyvanlarındakı gündəlik dozası 15-20 mg/kg canlı çəki olaraq hesablanaraq içməli suya əlavə edilir.
Praktiki Doza:1000 kq canlı çəki üçün 50-70ml Tilomed içməli suya qarışdırılaraq gündəlik doza olaraq verilir. Tətbiqə 3 gün davam edilir. Simptomlar yox olduqdan sonra 1-2 gün müalicəyə davam edilməlidir. Dərmanlı su hər gün təzə olaraq hazırlanmalıdır. Müalicə zamanı tövsiyə edilən dozalar aşılmamalıdır.