Antibakterial Dərmanlar
Tetramed Oral Məhlul Tozu
Təlimatı yükləTETRAMED, hər qr’ında 500 mg Tetrasiklinə ekvivalent miqdarda Tetrasiklin HCl tərkibli; açıq ağ, homogen tozdur.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
TETRAMED, Tetrasiklin tərkibli antibakterial bir məhsuldur. Təsiredici maddəsi olan Tetrasiklin geniş spektrli və bakteriostatik bir antibiotikdir. Tetrasiklin bakteriya ribosomlarında zülal sintezini inhibə etmək yolu ilə bakteriostatik təsir göstərir. Ribosomların 30 S alt vahidlərinin akseptor nöqtəsinə aminoasil transfer RNT’nin birləşməsini blokada edir və peptid zəncirinə amin turşusu əlavə olunmasını qeyri-mümkün hala gətirir. Təsir spektri belədir: Qram-müsbət aeroblar: Bacillus sp.. Corynebacterium sp., Erysipelothrix rhusiopathiae, Listeria monocytogenes və Streptococcus sp. Qram-mənfi bakteriyalar: Actinobacillus sp.. Bordetella sp., Francisella tularensis, Haemop¬hilus sp., Pasteurella multocida, P. haemolytica, Yersinia sp., Campylobacter fetus, Borrelia sp., Leptospira sp., Moraxella bovis. Anaeroblar: Actinomyces sp., Fusobacterium sp. və Mycoplasma sp.. Chlamydia sp., Ehrlichia sp., Coxiella burnetti, Ehrlichia, Eperythrozoon və Anaplasma’lara təsiri yaxşı dərəcədədir.
Qazanılmış davamlılıq səbəbi ilə Staphylococcus sp., Enterococcus sp., Enterobacter sp., Enterobacteriaceae fəsiləsinə daxil Enterobacter sp., E.coli, Klebsiella sp., Proteus sp., Salmonella sp., Anaerob bakteriyalardan Bacteroides sp. və Clostridium sp.’yə təsiri dəyişkəndir. Mycobacterium sp., Proteus vulgaris, Pseudomonas aeroginosa, Serratia sp., Mycoplasma bovis və M. hyopneumoniae tetrasiklinlərə davamlı qəbul edilir. Tetrasiklinlər oral yolla istifadədən sonra çox sürətlə sorulur və bütün bədən toxumalarına geniş şəkildə yayılır. Maye və toxumalara asanlıqla nüfuz edir və qısa müddətdə təsirli qatılıqlara çatır. Toxumalardan qaraciyər, böyrək və sümük toxumasında yüksək səviyyələrdə olur. Dərmanın çox az bir hissəsi metabolizə olunur. Xaric olması başlıca sidik və nəcis ilədir.
İSTİFADƏ YERİ və GÖSTƏRİŞLƏRİ
TETRAMED buzovlarda bakterial enterit, bakterial pnevmoniyada göstərişlidir. Quşların; Xroniki tənəffüs yolu infeksiyaları (C.R.D.) mavi pipik koriza, xolera, pullorum, infeksion sinovit və sinusit, hemorragik septisemiya, müxtəlif streptokok və stafilokok infeksiyaları və ishallarında göstərişlidir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI
“Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə.”
Farmakoloji dozası: Quşlar üçün 50 mg/kg/C.Ç./gün’dür, Ruminantlar üçün 20 mg/kg/C.Ç./gün’dür.
Praktiki dozası: 100 kq canlı çəki üçün quşlarda gündə 10 qr TETRAMED, ruminantlarda gündə 4 qr TETRAMED içməli suya (süd ilə qarışdırmayın) qatılaraq istifadə olunur.
Müalicə müddəti: 3-5 gün
ARZUOLUNMAZ / YAN TƏSİRLƏRİ
Tetrasiklinlər ümumiyyətlə, bağırsaq florasının pozulmasına səbəb ola biləcəklərindən superinfeksiya yaratma riskləri vardır. Böyüyən sümük toxumalarında və dişlərdə kalsium ilə xelat əmələ gətirərək, sümük və dişlərdə rəng pozğunluğuna səbəb olurlar. Nadir hallarda olmaqla birlikdə, müalicə zamanı dəri səpgiləri və övrə kimi allergik reaksiyalar ortaya çıxa bilər.
XÜSUSİ KLİNİK MƏLUMATLAR VƏ HƏDƏF NÖVLƏRİ ÜÇÜN XÜSUSİ XƏBƏRDARLIQLAR
Tetrasiklin geniş spektrli bir antibakterial olduğu üçün işkənbə fəaliyyəti başlamış buzovlarda istifadəsi işkənbə fəaliyyətlərini pozucu təsir göstərə bilər. Bu səbəbdən bu heyvanlarda istifadəsi tövsiyə edilmir.
DƏRMAN QARŞILIQLI TƏSİRLƏRİ
Mineral yem qatqıları ilə birlikdə istifadə edilməməlidir, iki, üç valentli minerallar tetrasiklinlərin həzm kanalından sorulmasını azaldır. Bismut subkarbonat tetrasiklinlərin sorulmasını azalda bilər. Bakterisid təsirli betalaktam kimi anti-bakteriallarla birlikdə istifadə edilməməlidir. Buzovlarda, süd əmməzdən 2-3 saat əvvəl və ya sonra istifadə edilməlidir.
QİDALARDA DƏRMAN QALIĞI XƏBƏRDARLIQLARI
Dərman Qalığından Təmizlənmə Müddəti (d.q.t.m.); Müalicə müddətində və son dərman tətbiq¬indən sonra əti üçün yetişdirilən quşlar 7 gün və buzovlar 15 gün keçmədən kəsimə göndərilməməlidir. Yumurta əldə edilən quşların yumurtası dərman istifadəsi müddətində və istifadənin dayandırılmasını izləyən 14 gün keçmədən istehlaka təqdim edilməməlidir.
ƏKSGÖSTƏRİŞLƏR
Tetrasiklinlərə həssaslıq olduqda, ciddi qaraciyər və/və ya böyrək xəstəliklərində, penisillin və ya sefalosporinlərlə kombinə edilərək istifadə edilməməlidir.
ÜMUMİ XƏBƏRDARLIQLAR
‘İstifadə etməzdən əvvəl və gözlənilməyən bir təsir görüldükdə baytar həkimə müraciət edin.’
‘Uşaqların əli çatmayan yerlərdə saxlayın’
SAXLANMA ŞƏRTLƏRİ VƏ YARARLILIQ MÜDDƏTİ
Orijinal qablaşmasında, otaq temperaturunda və işıqdan qoruyaraq saxlayın. Yararlılıq müddəti iki ildir.
TİCARİ TƏQDİM FORMASI
20 qr ağ plastik şüşələrdə qutulu olaraq, 100 qr, 500 qr, 1 kq və 2.5 kq’luq ağ plastik bankalarda qutusuz olaraq satışa təqdim edilmişdir.
SATIŞ YERİ VƏ ŞƏRTLƏRİ
Baytar həkim resepti ilə baytar ambulatoriyalarında və apteklərdə satılır. (BHR)