Antibakterial Dərmanlar

Tetraklor Oral Məhlul Tozu

Təlimatı yüklə

TETRAKLOR, hər qr’ında 600 mg Xlortetrasiklinə ekvivalent miqdarda Xlortetrasiklin HCl tərkibli; açıq ağ, homogen tozdur.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

TETRAKLOR-un tərkibindəki Xlortetrasiklinin antibakterial spektri Oksitetrasiklin ilə eyni olub, Qram (+) və Qram (-) bakteriyalara, rikketsiya və spiroketlərə, yüksək dozalarda mikoplazmalara qarşı təsir göstərir. Xüsusən penisillin və streptomisinə davamlı stafilokokların müalicəsində seçim sayıla bilər. Eləcə də qaraciyər və dalaqda yüksək nisbətdə toplandığından bu orqanların infeksiyalarında da əhəmiyyətli bir seçim təşkil edir. Xlortetrasiklinin bakteriyalara olan təsiri aşağıdakı kimidir:
Qram-müsbət aeroblar (Bacillus sp. Corynebacterium sp., Erysipelothrix rhusiopathia, Listeria monocytogenes və Streptococci). Qram-mənfi bakteriyalar (Actinobacillus sp.. Bordetella sp.. Francisella tularensis. Haemophilus sp., Pasteurella multocida, P.haemolytica, Yersinia sp., Campylobacter fetus, Borrelia sp. və Leptospira sp. Moraxella bovis). Anaeroblar (Actinomyces sp., Fusobacterium sp.) və Mycoplasma sp., Chlamydia sp., Ehrlichia sp., Coxiella brunetii, Ehrlichia, Eperythrozoon və Anaplasma’lara təsiri yaxşı dərəcədədir.
Qazanılmış davamlılıq səbəbi ilə Staphylococci, Enterococci, Enterobacter sp., Enterobactericeae fəsiləsinə daxil Enterobacter sp., E.coli, Klebsiella sp., Proteus sp., Salmonella sp., Anaerob bakteriyalardan Bacteroides sp. və Clostridium sp.’yə təsiri dəyişkəndir.
Mycobacterium sp.. Proteus vulgaris, Pseudomonas aeruginosa, Serratia sp., Mycoplasma bovis və M. hyopneumoniae tetrasiklinlərə davamlı qəbul edilir.
Oral yolla verildikdə həzm kanalından sürətlə sorularaq 2-4 saat ərzində terapevtik, 4-8 saat ərzində isə maksimum qan qatılığına çatır. Bu qatılığı 6 saat müddətində qoruyur. Yarımparçalanma müddəti 5,5 saatdır. Plazma zülalına % 40-50 nisbətində birləşir. Böyük miqdarda böyrəklərdən qlomerulyar filtrasiya yolu ilə sidiyə keçərək xaric olur. Az miqdarda da öd və süd ilə bədəndən xaric olur. İnkişaf mərhələsindəki bakteriyalarda DNT’nin ribosomlara birləşməsini önləyərək, zülal sintezinin əngəllənməsi şəklində bakterisid təsir göstərir.

İSTİFADƏ YERİ və GÖSTƏRİŞLƏRİ

TETRAKLOR Oral Məhlul Tozu buzovlarda bakterial enterit və bakterial pnevmoniyada göstərişlidir. Quşların; Xroniki tənəffüs yolu infeksiyaları (C.R.D.) mavi pipik koriza, xolera, pullorum, infeksion sinovit və sinusit, hemorragik septisemiya, müxtəlif streptokok və stafilokok infeksiyaları və ishallarında göstərişlidir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI

“Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə.”
Farmakoloji dozası: Quşlar və Buzovlar üçün ortaq olub 20-60 mg/kg/C.Ç/gün’dür.
Praktiki dozası: 100 kq canlı çəki üçün quşlarda və buzovlarda gündə 3-10 qr Tetraklor içməli suya qatılaraq istifadə olunur.
Müalicə müddəti: 5-7 gün

ARZUOLUNMAZ / YAN TƏSİRLƏRİ
Tetrasiklinlər ümumiyyətlə, bağırsaq florasının pozulmasına səbəb ola biləcəklərindən superinfeksiya yaratma riskləri vardır. Böyüyən sümük toxumalarında və dişlərdə kalsium ilə xelat əmələ gətirərək, sümük və dişlərdə rəng pozğunluğuna səbəb olurlar. Nadir hallarda olmaqla birlikdə, müalicə zamanı dəri səpgiləri və övrə kimi allergik reaksiyalar ortaya çıxa bilər.

XÜSUSİ KLİNİK MƏLUMATLAR VƏ HƏDƏF NÖVLƏRİ ÜÇÜN XÜSUSİ XƏBƏRDARLIQLAR
Tetrasiklin geniş spektrli bir antibakterial olduğu üçün işkənbə fəaliyyəti başlamış buzovlarda istifadəsi işkənbə fəaliyyətlərini pozucu təsir göstərə bilər. Bu səbəbdən bu heyvanlarda istifadəsi tövsiyə edilmir.

DƏRMAN QARŞILIQLI TƏSİRLƏRİ
Mineral yem qatqıları ilə birlikdə istifadə edilməməlidir; iki, üç valentli minerallar tetrasiklinlərin həzm kanalından sorulmasını azaldır. Bismut subkarbonat tetrasiklinlərin sorulmasını azalda bilər. Bakterisid təsirli betalaktam kimi anti-bakteriallarla birlikdə istifadə edilməməlidir. Buzovlarda, süd əmməzdən 2-3 saat əvvəl və ya sonra istifadə edilməlidir.

QİDALARDA DƏRMAN QALIĞI XƏBƏRDARLIQLARI
Dərman Qalığından Təmizlənmə Müddəti (d.q.t.m.); Müalicə müddətində və son dərman tətbiq¬indən sonra əti üçün yetişdirilən quşlar və buzovlar 14 gün keçmədən kəsimə göndərilməməlidir. Müalicə müddətində və son dərman tətbiqindən sonra 14 gün boyunca əldə edilən yumurtalar insan istehlakına təqdim edilməməlidir.

ƏKSGÖSTƏRİŞLƏR
Tetrasiklinə qarşı həssaslığı olanlarda və ruminantlarda istifadə edilməməlidir.

ÜMUMİ XƏBƏRDARLIQLAR
‘İstifadə etməzdən əvvəl və gözlənilməyən bir təsir görüldükdə baytar həkimə müraciət edin.’ ‘Uşaqların əli çatmayan yerlərdə saxlayın’

SAXLANMA ŞƏRTLƏRİ VƏ YARARLILIQ MÜDDƏTİ
Orijinal qablaşmasında, otaq temperaturunda və işıqdan qoruyaraq saxlayın. Yararlılıq müddəti iki ildir.

TİCARİ TƏQDİM FORMASI
20 qr ağ plastik şüşələrdə qutulu olaraq, 100 qr, 500 qr, 1 kq və 2.5 kq’lıq ağ plastik bankalarda qutusuz olaraq satışa təqdim edilmişdir.

SATIŞ YERİ VƏ ŞƏRTLƏRİ
Baytar həkim resepti ilə baytar ambulatoriyalarında və apteklərdə satılır. (BHR)