Antibakterial Dərmanlar

Sulfa-Terra Oral Məhlul Tozu

Təlimatı yüklə
Sulfa-Terra Oral Məhlul Tozu sarımtıl-ağ rəngli, özünəməxsus qoxulu, suda asanlıqla həll olan tozdur və hər qramında; Sulfadimetoksin natrium 500 mg (bazaya ekvivalent), Oksitetrasiklin hidroxlorid 150 mg (bazaya ekvivalent), Vitamin A 10.000 lU, Vitamin C 12 mg saxlayır.

Farmakoloji Xüsusiyyətlər

SULFA-TERRA Oral Məhlul Tozu tarazlı nisbətlərdə Sulfadimetoksin Natrium və Oksitetrasiklin Hidroxlorid qarışığı əsasına söykənən gücləndirilmiş bir sulfonamid kombinasiyasıdır. Kombinasiyada yer alan sulfadimetoksin natrium bakteriya hüceyrəsində olan və nuklein turşusu sintezi ilə hüceyrə çoxalması üçün lazım olan fol turşusu biosintezini, dihidrofol turşusu strukturunda olan para-aminobenzoik turşusu molekulunun yerinə keçərək və oksitetrasiklin hidroxlorid bakteriya hüceyrəsində yer alan 30 S ribozomal alt vahidinə birləşərək aminoasil-tRNT’nın, mRNT- ribozomal kompleksinə birləşməsinin, dolayısıyla peptid zəncirinə yeni amin turşusu molekullarının əlavə edilməsinin və beləliklə zülal sintezinin qarşısını alaraq bloklayır. Beləliklə, həssas patogen bakteriyalarda sinergist tipdən bakteriostatik və bəzi hallarda bakterisid təsir formalaşır və əksər qram-pozitiv və qram-neqativ bakteriyaları əhatə edən geniş bir antibakterial spektr təmin edilir.
Sulfonamid +oksitetrasiklin kombinasiyalarına başlıca həssas bakteriyalar bunlardır:
-Qram-pozitiv aeroblar: Bacillus spp., Corynebacterium spp., Erysipelothrix rhusiopathia, Listeria monocytogenes, staphylococcus aureus, Streptococcus spp., Actinomyces spp.
-Qram-neqativ anaeroblar: Actinobacillus spp., Bordetella spp., Francisella tularensis, haemophilus spp., Pasteurella multocida, P. Haemolytica, Campylobacter fetus, Bornelia spp., Leptospira spp., Moraxella bovis, E. coli. Salmonella spp, Klebsiella spp., Proteus sp., Yersinia spp.,
Rickettsia spp., Pseudomonas aeroginosa. Mycoplasma spp., Mycobacterium spp., serratia spp., müqavimətli olaraq qəbul edilir.

İstifadə Yeri və Endikasiyaları

Sulfa-Terra Oral Məhlul Tozu, mədə fəaliyyəti başlamamış buzov və quzular ilə toyuqlarda xüsusilə yuxarıda qeyd edilən həssas bakteriyalar tərəfindən yaradılan infeksiyaların müalicəsi məqsədilə istifadə olunur.
Bu çərçivədə olmaqla;
Ətlik toyuqlarda; CRD, salmonellosis, koliseptisemiya, salpingitis, vəba, koriza və stafilokok infeksiyalarında və həssas bakteriyalar tərəfindən yaradılan digər infeksiyalarda,
Buzov və quzularda; bakterial mənşəli ishallar, qastro-enteritlər, koliseptisemiya, bronxopnevmoniyalar və buzov difteriyasında istifadə olunur.

İstifadə Qaydası və Dozası

‘Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə’
Toyuqlarda; hər 5 kq canlı çəki üçün gündəlik 1 qr Sulfa-Terra hesabıyla, içməli su içərisində tətbiq edilir. Quşçuluq heyvanlarının sayına və su çəninin həcminə görə hesablanan ümumi Sulfa-Terra miqdarı əvvəlcə 8-10 litr suya qatılaraq homojen bir qarışıq əldə edilir. Beləliklə hazırlanan qatı qarışıq su çəninə köçürülərək yaxşıca qarışdırılır və gün boyu fasiləsiz olaraq içirilir. Gündəlik veriləcək dərman miqdarının təzə olaraq hazırlanması lazımdır. Müalicəyə 4-6 gün davam edilir.
Quzu və buzovlarda; hər 10 kq canlı çəki üçün ilk gün 0.5 qram və sonrakı günlərdə idarəetmə dozası 0.25 qram hesabı 4 gün olmaqla ümumilikdə 5 gün müddətində dərman istifadə olunur. Lazım olan dərman, bir qədər su ilə qarışdırılaraq heyvanlara içirilir.
XÜSUSİ KLİNİK MƏLUMATLAR VƏ HƏDƏF NÖVLƏR ÜÇÜN XÜSUSİ XƏBƏRDARLIQLAR
Mədə florasına mənfi təsirləri səbəbilə mədə fəaliyyəti başlamış quzu və buzovlarda istifadə edilməməlidir.