Antibakterial Dərmanlar
Salcogen Oral Məhlul Tozu
Təlimatı yükləSALCOGEN Oral Məhlul Tozu, sarımtıl-ağ rəngli, incə hissəcikli bir tozdur və hər qramında 500 mg gentamisin bazaya ekvivalent Gentamisin sulfat saxlayır.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Gentamisin, qram-pozitiv və qram-neqativ bakteriyalara qarşı bakterisid təsirli aminoqlikozid qrupundan bir antibiotikdir. Bakterisid təsiri, 30 S ribozomal alt vahidə birləşib mRNT’nın, bunlarla birləşməsinin qarşısını almaq və RNT’dakı kodonların yanlış oxunmasını təmin etmək yolu ilə yaranır. Gentamisinə başlıca həssas bakteriyalar bunlardır; E.coli, Enterobacter sp., Campylobacter sp., Klebsiella sp., Yersinia sp., Serratia sp., Haemophilus sp., Pasteurella sp. Pseudomonas aeroginosa ştamları vəStaph. aureus əksər hallarda həssasdır. Lakin Streptococcus sp.‘lərin də aralarında olduğu digər qram-pozitiv bakteriyalar, bəzi Pseudomonas sp. və anaerob bakteriyalar gentamisinə müqavimətlidir. Gentamisin oral yolla tətbiq edildikdə, qastrointestinal kanaldan çox az sorulur. Gentamisin bədəndə başlıca hüceyrədənkənar mayedə yayılır, ən çox böyrək, qaraciyər və əzələ strukturlarında toplanır. Plasentaya plevra və periton boşluqlarından keçir. Mərkəzi sinir sisteminə və serebro-spinal mayeyə çox aşağı qatılıqlarda keçir. Gentamisin böyük nisbətdə sidiklə və çox kiçik miqdarlarda olmaqla öd və südlə də xaric olunur.
İSTİFADƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə;
Gentamisinin farmakoloji dozası 4 mg/kq canlı çəki olacaq şəkildə aşağıdakı praktiki dozalarda tətbiq edilir.
Buzov: Müalicənin ilk günü, gündə 1 q SALCOGEN Oral Məhlul Tozu/100 kq canlı çəki üçün 2’yə bölünərək gündə 2 dəfə olaraq verilir, sonrakı 4-5 gün boyunca, 0,8 q SALCOGEN Oral Məhlul Tozu/100 kq canlı çəki üçün doza bölünmədən gündə 1 dəfə verilir.
SALCOGEN Oral Məhlul Tozuiçməli suya qatılaraq oral yolla verilir. Dərmanlı su hər gün təzə olaraq hazırlanmalıdır.
ÜMUMİ XƏBƏRDARLIQLAR
‘İstifadədən əvvəl və gözlənilməyən bir təsir görüldükdə baytar həkimə müraciət edin.’
‘Uşaqların əli çatmayan yerlərdə saxlayın.’ ‘İstifadədən əvvəl təlimatı oxuyun.’
‘Qablaşdırması zədəli olan məhsulları satın almayın və istifadə etməyin.’
SAXLANMA ŞƏRTLƏRİ VƏ RAF ÖMRÜ:
15-25oC’də, quru və sərin mühitdə otaq temperaturunda, qapalı qablaşdırmada saxlanıldıqda, raf ömrü 2 ildir.
HƏDƏF OLMAYAN NÖVLƏR ÜÇÜN XƏBƏRDARLIQLAR:
Dovşan, dəniz donuzu, hamster kimi kiçik gəmiricilərdə, qaz, ördək kimi pərdəayaqlılarda istifadə edilməməlidir.
TİCARİ TƏQDİM FORMASI:
20 q’lıq plastik şüşələr qutulu, 250 qr, 500 qr, 1kq və 2,5 kq’lıq ağ plastik bankalarda qutusuz olaraq satışa təqdim edilmişdir.
ENDİKASİYALARI
SALCOGEN Oral Məhlul Tozu, buzovlarda, xüsusilə Colibacillosis və Salmonellosis olmaqla gentamisinə həssas mikroorqanizmlərin səbəb olduğu digər qastro-intestinal infeksiyaların müalicəsində istifadə olunur.