Balıq Dərmanları

Oksifish Baytarlıq Dərmanlı Premiks

Təlimatı yüklə

%75 Oksitetrasiklin 

İSTİFADƏ YERİ və GÖSTƏRİŞLƏRİ

OKSIFISH %75 Baytarlıq Dərmanlı Premiks, başlıca şirin və duzlu su balıqlarında (çipura, levrek, mərcan) xəstəliklərə səbəb olan bir çox Qram-müsbət və Qram-mənfi bakteriyalara qarşı təsirlidir. Kultur balıqçılığı ilə yetişdirilən şirin və duzlu su balıq növlərində aşağıdakı xəstəliklərin müalicəsi məqsədilə istifadə olunur: Furunkulosis (Aeromonas salmonicida), Bakterial hemoragik septisemiya (Aeromonas hydrophila, Pseudomonas sp.), Kolumnaris xəstəliyi (Flexibacter columnaris), Qırmızı ağız xəstəliyi (Yersinia ruckerii), Streptokokal xəstəliklər (ß hemolitik və hemolitik olmayan streptococ sp.), Soyuq su Vibriozisi (Vibrio anguillarum), Soyuq su xəstəliyi (Rainbow trout fry syndrom), Bala göy qurşağı alabalıq sindromu (Cytophaga psycrophila), Pseudomonas septisemiyası (winter disease), xora xəstəliyi (Haemeophylus piscium).

QABLAŞDIRMA

100 qr, 500 qr, 1 kq, 5 kq və 25 kq.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

OKSIFISH %75 Oral Toz/Baytarlıq Dərmanlı Premiks təsiredici maddəsi olan oksitetrasiklin, tetrasiklin qrupundan geniş spektrli bir antibiotikdir. Çoxlu sayda qram (+) və (-) bakteriyaya qarşı bakteriostatik təsir göstərir. Bu qrupda olan antibiotiklər həssas bakteriya ribosomlarında məməli hüceyrələrindən fərqli olan 30S alt vahidindəki reseptorlara dönüşsüz olaraq bağlanıb bakteriya üçün həyati əhəmiyyətə malik zülal sintezinin qarşısını alır. Beləliklə zülal sintezi pozulan bakteriyanın inkişafı və çoxalması pozulacaqdır. Oksitetrasiklinə həssas bakteriyalar aşağıda təqdim olunmuşdur;
Qram (+) aerob bakteriyalar (Bacillus sp., Corynebacter sp., Erysipelotrix rhusiopathiae, Listeria monocytogenes və Streptococcus sp; Qram (-) bakteriyalar (Actinobasiller, Bordetella sp., Francisella tularensis, Haemophylus sp., Pasteurella multocida, P.hemolytica, Yersinia, Camphylobacter fetus, Borrelia, Leptospira və Moraxella bovis); anaerob bakteriyalar (Actinomycesler ilə Fusobacterium növləri) ilə Chlamydia sp., Ehrlichia sp., Coxiella burnetti və Anaplasma’lara təsiri yaxşı dərəcədədir.
Qazanılmış müqavimət səbəbi ilə Stafilokoklar, Enterokoklar ilə Enterobakteriae ailəsində olan Enterobacter sp., E.coli, Klebsiella sp., Proteus sp., və Salmonella növlərinə qarşı təsirləri dəyişkənlik göstərə bilməkdədir. Eyni şəkildə anaerob bakteriyalardan Bacteroides sp. və Clostridium növlərinə qarşı da təsirləri dəyişkəndir.
Mycobacterium sp., Proteus vulgaris, Pseudomonas aeroginosa, Serratia sp., Mycoplasma bovis və M. hyopneumoniae tetrasiklinlərə davamlı qəbul edilir.
Oral yolla tətbiq edildikdə kifayət dərəcədə sürətlə sorularaq bütün orqanizmə yayılır və müxtəlif növ heyvanlarda qandakı yarımömrü 6-8 saat arasındadır. Təsirli qan qatılığının qorunması üçün 12 saat aralıqlarla tətbiqin təkrarlanması lazımdır. Təsirli qatılıqlarda plevra, periton və beyin-onurğa beyni mayesinə keçir. Qaraciyər, dalaq, prostat, öd və sidikdə toplanır. Qeyd edilən farmakokinetik profili sistemik infeksiyaların müalicəsi baxımından əhəmiyyət daşıyır. Oksitetrasiklin böyük dərəcədə sidiklə və daha aşağı dərəcədə öd yolu ilə xaric olunur. Bu səbəblə sidik sistemi narahatlıqlarında, qaraciyər infeksiyalarında olduqca təsirlidir. Öd yolu ilə xaric olan hissəsi bağırsaqlardan yenidən sorularaq enterohepatik dövrana daxil olur.
Oksitetrasiklinin oral tətbiqdən sonra sistemik bioyararlılığı qızılbalıqlarda % 25 və alabalıqlarda % 30 civarındadır. Bioyararlılıq üzərinə suyun duzluluğunun bir təsiri görünmür. Dərmanın balıqlarda da xaric olunması böyrəklər yolu ilə sidiklə olur.