Balıq Dərmanları
Florfish Oral Toz / Baytarlıq Dərmanlı Premiks
Təlimatı yüklə%50 Florfenikol
İSTİFADƏ YERLƏRİ və İNDİKASİYALARI
FLORFISH %50 Oral Toz; şirin su (qızılbalıq, sazan) və dəniz balıqlarında (çipura, lavrak, kalkan, qızılbalıq, mərcan) xəstəlik törədicisi olan Qram-pozitiv və Qram-neqativ çoxsaylı bakteriyaya təsir edir.
Qızılbalıqlarda; Qırmızı Ağız Xəstəliyi (Yersinia ruckerii), Furunkulyoz (Aeromonas salmonicida), Bakterial Hemorragik Septisemiya (Aeromonas hydrophila, A.punctata, A.sobria, Pseudomonas sp.), Kolumnaris Xəstəliyi (Flexibacter columnaris), Soyuq Su Vibriozu (Vibrio salmonicida), Xora Xəstəliyi (Haemophilus piscium), Lactococcus sp. və Enterococcus sp.’lərin səbəb olduğu xəstəliklər, Rainbow Trout Fry Sindromu (Cytophaga psyophila)
Çipura və Lavraklarda; Vibrioz (Vibrio anguillarum, V.alginolyticus, V.ordalii; V.vulnificus), Pasterelloz (Photobacterium damselae, Pasteurella piscicida); Bacterial Gill Disease; Myxobacter septisemiyası (Flexibacter sp., Cytophaga sp.) kimi xəstəliklərdə istifadə olunur.
QABLAŞDIRMA
1 kq, 5 kq və 25 kq.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Florfenikol, quruluş etibarilə xloramfenikolə bənzəyən, p-nitro əvəzinə p-metilsulfonil və 3’karbon atomunda primer spirt əvəzinə isə flor daşıması ilə ondan fərqlənən antibakterial bir dərmandır. Xloramfenikol və tiamfenikola nisbətən daha geniş spektrə malik olub, onların təsir etmədiyi qram-pozitiv və neqativ patogenlərdən; Citobacter, Proteus, Shigella, Aeromonas, Pseudomanas, E.coli, Salmonella, Klebsiella, Actinobacter, Vibrio sp., Yersinia sp., Streptococcus, Edwardsiella və Staphylococcus növlərinə təsiri yüksək səviyyədədir. Florfenikolün bu yüksək təsirliliyi, hidroksil qrupundakı 3’karbon əvəzinə keçən florun, bakterial enzimatik asetilləşməni qarşısının almasına əsaslanır. Bakteriya ribosomlarında protein sintezini əngəlləyərək, bakterisid və bakteriostatik təsir göstərir.
Florfenikol, (5 – 15°C’lik temperaturdakı suda yaşayan) balıqlarda oral yolla sürətlə çox yüksək nisbətdə sorulur, oral biomənimsənilməsi % 96,5 olaraq müəyyən edilmişdir. 10°C’lik temperaturdakı suda yaşayan balıqlara 10 mq/kq dozada oral yolla verildikdə 10,3 saat ərzində 4 µq/L’lik maksimum plazma konsentrasiyasına çatır. Plazma proteinlərinə aşağı nisbətdə bağlanır, bədəndə bütün kəsimlərə yayılır. Sürətlə metabolizə edilərək, florfenikol amin metabolitinə çevrilərək bədəndən xaric olunur. Yarımömrü 12,2 saat və ümumi klirensi 1,4 ml/dəqiqə/kq’dır.