Balıq Dərmanları

Diatri-Aqua Oral Toz

Təlimatı yüklə

%50 Sulfadiazin & Trimetoprim 

İNDİKASİYALAR

Diatri-Aqua Oral Toz, balıqlarda həssas bakteriyalar tərəfindən yaradılan infeksiyaların müalicəsi məqsədilə istifadə olunur.
Yetişdirilən balıqlarda bakterial hemorragik septisemiya (Aeromonas hydrophila, Pseudomonas sp.), kolumnaris xəstəliyi (Flexibacter columnaris), qırmızı ağız xəstəliyi (Yersinia ruckerii), streptokok infeksiyaları (ß hemolitik və hemolitik olmayan Streptococcus sp.), soyuq su vibriozisi (Vibrio salmonicida), winter disease (Pseudomonas anguiliseptica), xora xəstəliyi (Haemeophylus piscium), Cytophaga psycrophila nın səbəb olduğu balaca göy qurşağı alabalıq sindromu olaraq da bilinən soyuq su xəstəliyi kimi xəstəliklərin müalicəsində istifadə olunur.

QABLAŞDIRMA

1 kq və 5 kq.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Sulfonamid qrupundan sulfadiazin ilə diaminopirimidin qrupundan trimetoprim kombinasiyası prinsipinə görə hazırlanan, gücləndirilmiş bir sulfonamid kombinasiyası olan Diatri-Aqua %50 Oral Toz, oral tətbiqə yönəlik, qram mənfi və qram müsbət bakteriyalara qarşı təsirli, ev heyvanlarının həzm, tənəffüs, urogenital və sistemik infeksiyalarında istifadə olunan, geniş spektrli, yüngül xarakterik qoxuda, açıq rəngli antibiotik məhlul tozudur. Diatri-Aqua %50 Oral Toz tərkibində olan, sulfadiazin və trimetoprim sinergik təsirlidir. Bu sinergik təsir, bakteriyalarda tetrahidrofol turşusu sintezində iştirak edən ferment sistemlərində ardıcıl xarakterli blokaj yaradaraq fol turşusu sintezini iki mərhələdə inhibə edir və geri dönməz bir bakterisid təsir təmin edir. Trimetoprim, bakteriyalarda fol turşusu sintezində iştirak edən dihidrofolat reduktaza fermentini inhibə edir. Sulfadiazin isə, bakteriyalar üçün vital olan PABA’nı (para-aminobenzoik turşu) kompetitiv yolla aradan qaldıraraq dihidropteroat sintetaza fermentinə bağlanaraq dihidrofol turşusu sintezini blok edir. Sulfadiazin və trimetoprim kombinasiyası nəticəsində yaranan sinergik təsir ilə güclənən antibakterial təsirlilik, geniş spektr və patogen bakteriyaların müqavimət inkişaf etdirmə riskindəki azalma, eyni təsiredici maddələr tək-tək istifadə edildikdə görülmür. Təsiredici maddələr tək başlarına ümumiyyətlə bakteriostatik təsir göstərmələrinə baxmayaraq, kombinasiya halında bakterisid təsir göstərir.

Sulfonamid + trimetoprim kombinasiyalarına başlıca həssas bakteriyalar bunlardır:

  • Qram müsbət aeroblar: Staphylococcus aureus, Streptococcus sp., Actimomyces sp., Corynebacterium sp., Listeria monocytogenes, Erysipelothrix rhusiopathie,
  • Qram mənfi aeroblar: Enterobacteriaceae (E.coli, Salmonella sp., Klebsiella sp., Proteus sp., Yersinia sp.), Pasteurella sp., Haemophilus sp., Actinobacillus sp., Bordetella sp.,
  • Anaeroblar: Bəzi Clostridium sp., Bacteroides sp., Fusobacterium sp., Chlamydia sp., Actinomyces sp.,

Orta dərəcədə həssas bakteriyalar isə bəzi Mycobacterium sp., bəzi Nocardia sp.dir. Rickettsia sp., Leptospira sp., Pseudomonas aeroginosa, Mycoplasma sp. davamlı olaraq qəbul edilir.
Sulfadiazin 10°C-də 100 mg/kg dozasında çəki balıqlarına tətbiq edildikdə t ½ 47 saat Vd dəyəri 0.53 L/kg, Cl dəyəri 7,9 olaraq müəyyən edilmişdir.