Balıq Dərmanları

Seabit Baytarlıq Dərmanlı Premiks/Oral Toz

Təlimatı yüklə

Emamektin benzoat 

İSTİFADƏ YERLƏRİ və ENDİKASİYALARI

SEABIT Oral Toz/ Baytarlıq Dərmanlı Premiks, yetişdirilən Salmon balıqlarında görülən (Salmo salar) paraziti və Qızılbalıqlardakı (Oncorhynchus mykiss) ilə (Lepeophtheirus sp. və Caligus sp.) parazitlərinə qarşı müalicə məqsədilə istifadə olunur.

QABLAŞDIRMA

250 qr, 500 qr, 1 kq, 2.5 kq və 5 kq.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

SEABIT Oral toz/Baytarlıq Dərmanlı Premiks olan Emamektin benzoat; Streptomyces avermectinius’un fermentasiya məhsulundan əldə edilən geniş spektrli bir makrosiklik lakton olan avermektinin yarımsintetik törəməsidir. 16 üzvlü bir lakton halqasına və buna birləşən dioleandrosil qrupuna sahib olmaqla xarakterizə olunur. Benzoat duzu molekula stabillik təmin edir. Emamektin benzoat’ın təsir mexanizmi dəqiq olaraq bilinməsə də, aparılan tədqiqatlar avermektinlərin onurğasızların sinir liflərindəki qlutamat-vasitəli xlor kanallarına rəqabətli olaraq birləşdiklərini göstərir. Onurğasızlardakı qlutamat-xlor kanallarının paylanması, udlaq pompası (pharyngeal pump) kimi spesifik əzələlərdə lokalizədir. Bu kanalları açaraq, hüceyrə membranının xlor ionlarına olan keçiriciliyini artırır, bunun nəticəsində hüceyrədə hiperpolyarizasiya yaranır və parazit iflic olaraq ölür. Emamektin benzoat yavaş sorulur amma toxumalara geniş ölçüdə yayılır. Bədəndən xaric olunması da olduqca yavaşdır.