Antibakterial Dərmanlar

Mediflor 30% Oral Məhlul

Təlimatı yüklə

Hər ml-sində 300 mq florfenikol ehtiva edən, şəffaf açıq sarı rəngli bir məhluldur.

Farmakoloji Xüsusiyyətləri

Florfenikol, quruluş baxımından xloramfenikola bənzəyən, p-nitro əvəzinə p-metilsulfonil və 3’ karbon atomunda primer spirt əvəzinə də flor daşınması ilə ondan fərqlənən antibakterial xüsusiyyətli bir birləşmədir.  Florfenikol bakteriostatik təsirlidir və ribosomal səviyyədə bakteriyanın protein sintezini inhibə  edərək bakteriyaların inkişafını dayandırır. Geniş təsir spektrinə və sistemli antibakterial təsirə malikdir. Qram-mənfi bakteriyalara qarşı güclü antibakterial təsiri var. Florfenikol kimyəvi quruluşunda yer alan flor qrupu səbəbiylə enzimatik deaktivasiyaya məruz qalmır, bu səbəbdən eyni qrupda olan və digər antibakterial maddələrə dirənik qazanmış qram-mənfi bakteriyalara təsiri çoxdur. Florfenikol, xüsusilə quşlarda kolibasilloza  səbəb olan Escherichia coli üzərinə güclü antibakterial üstünlüyə malikdir. In vitro laboratoriya testlərində Florfenikolun, quş və digər heyvanlardan izolə edilən qram-müsbət (Coryneobacterium pyogenes, Streptococcus spp, Staphylococcus spp, Clostridium spp) və qram-mənfi (E.coli, Pasteurella haemolytica, P.multocida, Haemophilus somnus, Actinobacillus pleuropneumonia) patogen mikroorqanizmlərə qarşı təsirli olduğu göstərilmişdir. Dərman oral yolla tətbiq edildikdə həzm kanalından sürətlə sorulur, qan dövranı ilə bədən toxumalarına yayılır, 20 mq/kq doza ilə tətbiqdən sonra sidik və nəcisdə aparılan ölçmələr nəticəsində; Florfenikol 24 saat ərzində əsasən %97 nisbətində sidik və qalanı nəcis ilə xaric olub, sidiklə dəyişməmiş halda (%52) və oksamik turşu halında (%25) Florfenikol baza (% 7.5) olaraq xaric olunmuşdur. Bu metabolitlərin antibakterial təsirə yaxın bir təsirə malik olduğu bildirilir.

İstifadə Yeri və İndikasiyaları

MEDİFLOR %30 Oral Məhlul, ətlik cücələrdə E.coli nin törətdiyi tənəffüs yolu xəstəliklərinin (E.coli tənəffüs xəstəliyi, sakkulit və ya koliseptisemiya) və Ornithobacterium rhinotracheale infeksiyalarının müalicəsi məqsədi ilə istifadə olunur.

Tətbiq Forması və Dozası

“Baytar Həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə.”
MEDİFLOR %30 Oral Məhlul, ətlik cücələrdə 5 gün müddətlə 20 mq/kq/canlı çəki/gün dozasında içməli su içinə qatılaraq istifadə olunur. Praktik doza olaraq hər 1500 kq canlı çəkiyə 100 ml və ya 3000 kq canlı çəkiyə 200 ml MEDİFLOR % 30 Oral Məhluliçməli suya qatılır. Dərmanlı su müalicə zamanı yeganə su mənbəyi kimi təmin edilməlidir. İçməli su hər gün təzə olaraq hazırlanmalıdır.