Antibakterial Dərmanlar
Preventium 45% Oral Məhlul Tozu
Təlimatı yükləPREVENTIUM %45 Oral Məhlul Tozu, hər qr’ında 450 mg Tiamulin hidrogen fumarat saxlayan, suda həll olaraq verilməyə yararlı ağ-açıq krem rəngli toz bir preparatdır.
Farmakoloji Xüsusiyyətləri
PREVENTIUM %45 Oral Məhlul Tozu‘nun təsiredici maddəsi olan Tiamulin hidrogen fumarat (və ya 14-desoxy-14[(2-diethylamino-ethyl) mercaptoacetoxyj), yarımsintetik olaraq törədilmiş pleuromutin qrupundan bir antibiotikdir. Patogen mikoplazma və bakteriyaların zülal sintezinin qarşısını alaraq bakteriostatik təsir göstərir. Aşağıda qeyd edilən patogenik Mycoplasm növlərinə, qram-pozitiv və bəzi qram-neqativ bakteriyalara qarşı klinik olaraq təsir göstərir:
Mycoplasm spp.: Mycoplasma gallisepticum, M. synoviae, M. meleagridis, Ureaplasma spp., M. hyopneumoniae (syn. M. suipneumonia), M. hyorhinis, M. hyosynoviae, M. dispar, M. bovirhinis, M. bovis.
Qram-pozitiv: Clostridium perfringens, Staphylococcus spp., Streptococcus spp., Listeria monocytogenes, Erysipelothrix spp.,Corynebacterium pyogenes.
Qram-neqativ: Pasteurella spp., Klebsiella pneumoniae, Haemophilus spp., Fusobacterium necrophorum, Bacteroides spp., Campylobacter (Vibrio) coli
Treponema: Serpulina (treponema) hyodysenteriae. Leptospira:Leptospira spp.
Məməlilər və quşlarda aparılan farmakokinetik tədqiqatlar, tiamulinin oral və ya inyeksiya yolu ilə qəbul edilməsindən sonra sürətli və demək olar ki, tamamilə sorulduğunu və dərmanın klirensinin klassik farmakokinetik modellərə uyğun olduğunu göstərir. Oral tətbiqdən sonra, qastro-intestinal yoldan sürətlə absorbsiya olunur və 2-4 saat ərzində maksimum qan konsentrasiyasına çatır. Tətbiqdən sonra tiamulin, 24 saat ərzində çox az və ya heç bir bioloji aktivliyə malik olmayan metabolitlərinə sürətlə çevrilir. Əksəriyyəti ödlə nəcis ilə, az bir hissəsi də sidiklə xaric olunur.
İstifadə Yeri və Endikasiyaları
PREVENTIUM %45 Oral Məhlul Tozu; ətlik və damazlıq toyuq və hind toyuqlarında tiamulinə həssas mikroorqanizmlərdən qaynaqlanan infeksiyalarda istifadə olunur. Başlıca Mycoplasma gallisepticum və Mycoplasma synoviae mənşəli xəstəliklərin, tənəffüs sistemi (Xronik tənəffüs xəstəliyi) və artikulyar sistem infeksiyalarının (infeksion sinovitis) müalicəsində təsirlidir.
Tətbiq Qaydası və Dozası
“Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə”
Xronik Tənəffüs Xəstəliyinin (CRD) və Hava kisəsi İltihabının (air sacculitis) və infeksion sinusitin müalicəsində farmakoloji doza orta hesabla 30-60 mg Tiamulin / kq canlı çəki/ gündür.
Toyuqlarda və Hind toyuqlarında Praktiki Doza:
750 kq canlı çəki üçün 100 qr PREVENTIUM %45 Oral Məhlul Tozu kifayətdir. Müalicəyə 3-5 gün davam edilir.