Antibakterial Dərmanlar

Paraminod Oral Məhlul Tozu

Təlimatı yüklə

Paraminod Oral Məhlul Tozu
Hər qr’da 70 mg Paromomisin bazaya (Aminosidin baz) ekvivalent 100 mg Paromomisin Sulfat (Aminosidin Sulfat) saxlayır.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

Paromomisin (Aminosidin), aminoqlikozid qrupundan bir antibiotikdir. Bir çox Qram (-) bakteriya ilə bəzi Qram (+) bakteriya və protozoalara qarşı təsirlidir. Təsirini ribozomlara geridönməz birləşərək, zülal sintezini
pozmaq yolu ilə göstərir. Təsir spektrinə Salmonella typhimurium və S.pullorum, E. coli, Streptococcus agalactiae, S. equisimilis, S.hyicus, Diplococcus pneumoniae, Listeria monocytogenes, Staphylococcus sp.,
Brucella abortus və B. melitensis ilə daha yüksək konsentrasiyalarda Mycobacterium tuberculosis kimi bakteriyalar və Cryptosporidium parvum, Entamoeba histolytica, Trichomonas sp., Giardia intestinali, Leishmania sp. kimi
protozoalar daxildir. Oral yolla qəbul edildikdən sonra qısa müddətdə təsirini göstərən aminosidin, qastro-intestinal sistemdə qalır və həzm sistemindən çox az miqdarda sorulur. Beləliklə bu nöqtədəki patogenlərə qarşı
yüksək səviyyədə təsir təmin edir. Aminosidin, xüsusilə Salmonella, E. coli və Cryptosporidium tərəfindən yaradılan enteritlərin müalicəsində təsirlidir. Digər antibiotiklərlə çarpaz müqavimət müşahidə edilmir.

İSTİFADƏ YERİ və ENDİKASİYALARI

PARAMINOD buzovlarda; E.coli, Salmonella və Cryptosporidium parvum tərəfindən yaradılan enteritlərin müalicəsində istifadə olunur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI

“Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə.”  Farmakoloji Dozası: Kolibasilloz və Salmonelloz üçün 25-50 mg Aminosidin sulfat/ kq canlı çəki, Kriptosporidioz üçün 50-100 mg Aminosidin sulfat/kq canlı çəkidir.