Antibakterial Dərmanlar

Medsuti Oral Məhlul

Təlimatı yüklə

TƏRKİB

MEDSUTI Oral Məhlul şəffaf, bal rəngli bir məhlul olub hər ml’sində 100 mg Sulfakloropiridazinə ekvivalent Sulfakloropiridazin natrium 107,5 mg və 20 mg Trimetoprim tərkibindədir.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏR

MEDSUTI Oral Məhlul, balanslaşdırılmış nisbətlərdə sulfakloropiridazin natrium və trimetoprim qarışığı əsasına dayanan gücləndirilmiş bir sulfonamid kombinasiyasıdır. Kombinasiyada yer alan sulfakloropiridazin natrium bakteriya hüceyrəsində olan və nuklein turşusu sintezi ilə hüceyrə çoxalması üçün zəruri olan fol turşusu biosintezini, dihidrofol turşusu quruluşunda olan para-aminobenzoy turşusu molekulunun yerinə keçərək, trimetoprim isə dihidrofol turşusunun tetrahidrofol turşusuna çevrilməsini blok edərək önləyərlər. Beləliklə, həssas patogen bakteriyalarda sinergistik tipdən bakteriostatik və bəzi hallarda bakterisid təsir formalaşır və əksər qram-müsbət və qram-mənfi bakteriyalara qarşı geniş bir antibakterial spektr təmin edilir.
 
Sulfonamid+trimetoprim kombinasiyalarına başlıca həssas bakteriyalar bunlardır:
 
Qram-müsbət aeroblar: Staphylococcus aureus, Streptococcus sp., Actinomyces sp., Corynebacterium sp., Listeria monocytogenes, Erysipelothrix rhusiopathie,
 
Qram-mənfi aeroblar: Enterobacteriaceae (E.coli, Salmonella sp., Klebsiella sp., Proteus sp., Yersinia spp.), Pasteurella spp., Haemophilus spp., Actinobacillus spp., Bordetella spp.,
 
Anaeroblar: Bəzi Clostridium sp., Bacteroides sp., Fusobacterium sp., Chlamydia sp., Actinomyces sp.,
 
Orta dərəcədə həssas bakteriyalar isə bəzi Mycobacterium sp., bəzi Nocardia sp.’dir.
 
Rickettsia sp., Leptospira sp., Pseudomanas aeroginosa, Mycoplasma sp. davamlı olaraq qəbul edilir.

MEDSUTI Oral Məhlul heyvanlara ağız yolu ilə verildikdə sürətlə sorularaq orta hesabla 1-4 saat ərzində qanda maksimum səviyyəyə çatır və təsirli qatılığını 12 saat müddətində qoruyur. Sulfakloropiridazin natrium və trimetoprim böyrəklərdən və məhdud ölçülərdə öd və nəcis içərisində xaric olunurlar.

İSTİFADƏ YERİ və GÖSTƏRİŞLƏRİ

Rumen fəaliyyəti başlamamış quzu və buzovlarda, ətlik toyuqlarda və hinduşkalarda xüsusilə yuxarıda qeyd edilən həssas bakteriyalar tərəfindən yaradılan infeksiyaların müalicəsi məqsədilə istifadə olunur.
 
Bu çərçivədə olmaqla;
 
Ətlik toyuq və hinduşkalarda; koliseptisemiya, salpingitis, vəba, koriza və stafilokok infeksiyalarında
 
Quzu və buzovlarda; bakterial mənşəli ishallar, qastro-enteritlər, koliseptisemiya, bronxopnevmoniyalar, buzov difteriyası və göbək bağı iltihablarında istifadə olunur.

İSTİFADƏ ŞƏKLİ VƏ DOZASI

Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə;
 
Təsiredici maddə əsasına görə ev heyvanlarında tətbiq ediləcək dərman dozası 24-30 mg/kg canlı çəki/gün olub;
 
Oğlaq, quzu və buzovlarda gündəlik müalicə dozası; hər 5 kq canlı çəkiyə 1 ml MEDSUTI Oral Məhlul, bir miqdar su ilə içirilir. Gündəlik dozanın ikiyə bölünərək səhər-axşam verilməsi tövsiyə olunur. Dərmanla müalicəyə 3-5 gün müddətində davam edilir.
 
Ətlik toyuq və hinduşkalarda isə 1000 kq canlı çəki üçün 200-250 ml’dir. Lazım olan miqdar gündəlik içməli suya qatılaraq istifadə olunur. Dərmanlı suyun verilməsindən 2-3 saat qədər əvvəl heyvanların susuz buraxılması tövsiyə olunur. Dərmanlı su hər gün təzə olaraq hazırlanmalıdır.