Antibakterial Dərmanlar
Medsultan Oral Suspenziya
Təlimatı yüklə%40 Sulfametoksazol & %8 Trimetoprim
İSTİFADƏ YERİ və GÖSTƏRİŞLƏRİ
Quzu və buzovlar ilə hinduşka və ətlik toyuqlarda xüsusilə yuxarıda qeyd edilən həssas bakteriyalar tərəfindən yaradılan infeksiyaların müalicəsi məqsədilə istifadə olunur. Bu çərçivədə olmaqla,
Ətlik toyuqlarda və Hinduşkalarda;
Koliseptisemiya, salpingitis, vəba, koriza və stafilokok infeksiyalarında və həssas bakteriyalar tərəfindən yaradılan digər infeksiyalarda.
QABLAŞDIRMA
100 ml, 250 ml, 500 ml, 1 Lt və 2.5 Lt.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
MEDSULTAN Oral Suspenziya, balanslaşdırılmış nisbətlərdə sulfametoksazol və trimetoprim qarışığı əsasına dayanan gücləndirilmiş bir sulfonamid kombinasiyasıdır. Kombinasiyada yer alan Sulfametoksazol bakteriya hüceyrəsində olan və nuklein turşusu sintezi hüceyrə çoxalması üçün zəruri olan fol biosintezini, dihidrofol turşusu quruluşunda olan para-aminobenzoy turşusu molekulunun yerinə keçərək, trimetoprim isə dihidrofol turşusunun tetrahidrofol turşusuna çevrilməsini blok edərək önləyərlər. Beləliklə, həssas patogen bakteriyalarda sinergistik tipdən bakteriostatik və bəzi hallarda bakterisid təsir formalaşır və əksər qram-müsbət və qram-mənfi bakteriyalara qarşı geniş bir antibakterial spektr təmin edilir.
Sulfonamid + Trimetoprim kombinasiyalarında başlıca həssas bakteriyalar bunlardır:
Qram-müsbət aeroblar: Slapnylococcus aureus, Streptoccocus sp., Actinomyces sp., Gorynebacterium sp., Listeria monocytogenes, Eriyspelotrix rhusiopathie, Qram-mənfi aeroblar: Enterobacteriaceae ( E.coli, Salmonella sp., Klepsiella sp., Proteus sp., Yersinia sp.,) Pasteurella sp., Haemophilus sp., Actinobacillus sp., Bordetella sp., Anaeroblar: Bəzi Clostridium sp.. Bacterodies sp., Fusobacterium sp., Chlamydia sp., Actinomyces sp., Orta dərəcədə həssas bakteriyalar isə bəzi Mycobacterium sp, bəzi Nocarcİasp.dr.Rickettsia sp., Leptospira sp., Pseudomcnas aeroginosa, Mycoplasma sp., davamlı olaraq qəbul edilir. MEDSULTAN Oral Suspenziya heyvanlara ağız yolu ilə verildikdə sürətlə sorularaq orta hesabla 1-4 saat ərzində qanda maksimum səviyyəyə çatır və təsirli qatılığını 12 saat müddətində qoruyur. Sulfametoksazol və Trimetoprim böyrəklərdən və məhdud ölçülərdə öd və nəcis içərisində xaric olunurlar.