Antibakterial Dərmanlar

Medox Oral Məhlul Tozu

Təlimatı yüklə

MEDOX Oral Məhlul Tozu sarı rəngli kristal hissəciklərdən ibarət toz olub, 1qr’ında; 577 mg (500 mg doksisiklinə ekvivalent) Doksisiklin hiklat tərkibindədir.

Farmakoloji Xüsusiyyətləri

MEDOX Oral Məhlul Tozunun təsiredici maddəsi Doksisiklin, yarımsintetik, tetrasiklin törəməsi geniş spektrli bir antibiotikdir. Çoxlu sayda qram-müsbət və qram-mənfi bakteriyaya qarşı bakteriostatik təsir göstərir. Bakteriya ribosomunun 30 S alt vahidindəki reseptora bağlanaraq mRNA ribosomundakı akseptora, aminoasil tRNA’nın bağlanmasının qarşısını alır və peptid zəncirinə yeni amin turşusu bağlana bilmədiyindən zülal sintezini inhibə edir.
Doksisiklinin təsirli olduğu bakteriyalar aşağıdakı kimidir;
Qram-müsbət aerob bakteriyalar (Bacillus sp., Corynebacterium sp., Erysipelothrix rhusiopathia, Listeria monocytogenes və Streptococci), Qram-mənfi bakteriyalar (Actinobacillus sp., Bordetella sp., Francisella tularensis, Haemophilus sp., Pasteurella multocida, P. haemolytica, Yersinia sp., Campylobacter fetus, Borrelia sp. və Leptospira sp. Moraxella bovis), anaerob bakteriyalar (Actinomyces sp., Fusobacterium sp.,) və Chlamydia sp., Ehrlichia sp., Coxiella burnetti və Anaplasma’lara təsiri yaxşı dərəcədədir.
Qazanılmış müqavimət səbəbi ilə Staphylococci, Enterococci, Enterobacter sp., Enterobacteriaceae ailəsinə daxil olan Enterobacter sp., E.coli, Klepsiella sp., Proteus sp., Salmonella sp., Anaerob bakteriyalardan Bacteroides sp.Clostridium sp.’yə təsiri dəyişkəndir.
Mycobacterium sp., Proteus vulgaris, Pseudomonas aeroginosa, Serratia sp., Mycoplasma bovis və M. hyopneumoniae tetrasiklinlərə davamlı qəbul edilir.
Oral yolla tətbiq edildikdə gənc ruminantlarda orta hesabla 2-8 saat ərzində, quşlarda isə 12 saatda maksimum qan konsentrasiyasına çatır və təsirli səviyyəsini orta hesabla 6-12 saat qoruyur. Bioyararlılığı orta hesabla %80-90’dır. Yağ/su paylanma əmsalı yüksək olduğundan orqanizmdə çox geniş bir paylanma göstərir. Doksisiklin renal klirensi ən aşağı və bioloji yarımömrü ən uzun tetrasiklin törəməsi olub, mikrobioloji olaraq inaktiv formada nəcis ilə xaric olunur.

İstifadə Yeri və Göstərişləri

MEDOX Oral Məhlul Tozu,ətlik hinduşka və toyuqlar ilə rumen fəaliyyəti başlamamış buzovlarda doksisiklinə həssas bakteriyalar tərəfindən yaradılan aşağıdakı infeksiyaların müalicəsində istifadə olunur.
Buzov:Colibacillosis, Colisepticemia, Chlamydiasis, Pasteurellosis, digər tənəffüs və həzm sistemi infeksiyaları, omphalitis, poliarthiritis
Toyuq və Hinduşka:Xroniki tənəffüs sistemi xəstəliyi (M. gallisepticum), Ornithosis (Chlamidia psittaci), İnfeksion Synovitis (M.synovia), Vəba (P. multocida).

Tətbiq Şəkli və Dozası

Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə;
Buzovlarda10 mg/kg canlı çəki/ gün dozasında, praktiki olaraq hər 25 kq’lıq canlı çəki üçün gündə 0,5 qram toz istifadə olunur. Lazım olan miqdar kifayət qədər su ilə (süd ilə qarışdırmayın) qarışdırılaraq içirilir. Müalicəyə 3-5 gün davam edilməlidir.
Toyuq və hinduşkalardaisə 20 mg/kg canlı çəki/gün dozasında, praktiki olaraq hər 250 kq canlı çəki üçün gündə 10 qram toz istifadə olunur. Lazım olan miqdar heyvanların gündəlik içməli sularına qarışdırılaraq istifadə olunur. Dərmanlı suyun tətbiqindən 2-3 saat qədər əvvəl heyvanların susuz buraxılması tövsiyə olunur. Dərmanlı su hər gün təzə olaraq yenidən hazırlanmalıdır.