Antibakterial Dərmanlar
Medox 20% Oral Məhlul
Təlimatı yükləMEDOX, hər ml oral məhlulda 200 mg Doksisiklinə ekvivalent Doksisiklin hiklat duzu olan; açıq parlaq, qəhvəyimtil narıncı oral məhluldur.
Farmakoloji Xüsusiyyətləri
MEDOX Oral Məhluluntəsiredici maddəsi Doksisiklin, yarımsintetik, tetrasiklin törəməsi geniş spektrli bir antibiotikdir. Çoxlu sayda qram-müsbət və qram-mənfi bakteriyaya qarşı bakteriostatik təsir göstərir. Bakteriya ribosomunun 30 S alt vahidindəki reseptora bağlanaraq mRNA ribosomundakı akseptora, aminoasil tRNA’nın bağlanmasının qarşısını alır və peptid zəncirinə yeni amin turşusu bağlaya bilmədiyindən zülal sintezini inhibə edir. Doksisiklinin təsirli olduğu bakteriyalar aşağıdakı kimidir;
Qram-müsbət aerob bakteriyalar (Bacillus sp.,Corynebacterium sp., Erysipelothrixrhusiopathia, Listeriamono cytogenes və Streptococci), Qram-mənfi bakteriyalar (Actinobacillus sp., Bordetella sp., Francisellatularensis, Haemophilus sp., Pasteurellamultocida, P. haemolytica, Yersinia sp., Campylobacterfetus, Borrelia sp., Leptospira sp. və Moraxellabovis), anaerob bakteriyalar (Actinomyces sp.,Fusobacterium sp.) və Mycoplasma, Chlamydia sp., Ehrlichia sp., Coxiellaburnetti, Theileria, Eperythrozoon və Anaplasma’lara təsiri yaxşı dərəcədədir.
Qazanılmış müqavimət səbəbi ilə Staphylococci, Enterococci, Enterobacter sp.,Enterobacteriaceae ailəsinə daxil olan Enterobacter sp., E.coli, Klepsiella sp., Proteus sp., Salmonella sp., Anaerob bakteriyalardan Bacteroides sp. Və Clostridiumsp.’yə təsiri dəyişkəndir.
Mycobacterium sp.,Proteus vulgaris, Pseudomonas aeroginosa, Serratia sp., Mycoplasma bovisvə M. Hyopneumoniae tetrasiklinlərə davamlı qəbul edilir.
Oral yolla tətbiq edildikdə təsirli qan konsentrasiyasına çatır və təsirli səviyyəsini orta hesabla 6-12 saat qoruyur. Bioyararlılığı orta hesabla %80-90’dır. Yağ/su paylanma əmsalı yüksək olduğundan orqanizmdə çox geniş bir paylanma göstərir. Doksisiklin renal klirensi ən aşağı və bioloji yarımömrü ən uzun tetrasiklin törəməsi olub, mikrobioloji olaraq inaktiv formada nəcis ilə xaric olunur. Öd içində plazmadakından 5-10 dəfə daha yüksək qatılıqlarda toplanır. Öd ilə bağırsaqlara xaric olan doksisiklinin bir hissəsi yenidən sorularaq enterohepatik dövrana qatılır.
İstifadə Yeri və Göstərişləri
MEDOX %20 Oral Məhlul, ətlik hinduşka və toyuqlar ilə rumen fəaliyyəti başlamamış buzovlarda doksisiklinə həssas mikroorqanizmlərin yaratdığı urogenital sistem, tənəffüs sistemi, yumşaq toxuma və qastrointestinal sistem infeksiyalarının müalicəsində istifadə olunur.
Buzov:Colibacillosis, Colisepticemia, Chlamydiasis, Pasteurellosis, digər tənəffüs və həzm sistemi infeksiyaları, omphalitis, poliarthiritis
Toyuq və Hinduşka:Mycoplasma sp.,Staphylococcusaureus, Streptococcus sp., E.coli, Salmonella sp., Chlamydia sp., Haemophilus sp. və Pasteurella sp.
Tətbiq Şəkli və Dozası
“Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə.”
Buzovlarda;10 mg/kg canlı çəki/ gün dozasında, praktiki olaraq hər 20 kq’lıq canlı çəki üçün gündə 1ml dərman istifadə olunur. Lazım olan miqdar kifayət qədər su ilə (süd ilə qarışdırmayın) qarışdırılaraq içirilir. Müalicəyə 3-5 gün davam edilməlidir.
Toyuq və hinduşkalarda,10-20 mg/kg canlı çəki/gün dozasında, praktiki olaraq hər 1000 kq canlı çəki üçün gündə 50-100ml MEDOX istifadə olunur. Lazım olan miqdar heyvanların gündəlik içməli sularına qarışdırılaraq istifadə olunur. Dərmanlı suyun tətbiqindən 2-3 saat qədər əvvəl heyvanların susuz buraxılması tövsiyə olunur. Dərmanlı su hər gün təzə olaraq yenidən hazırlanmalıdır. Müalicəyə 3-5 gün davam edilir.