Antibakterial Dərmanlar

Medlinspect Oral Məhlul Tozu

Təlimatı yüklə

MEDLINSPECT Oral Məhlul Tozu, ağ rəngdə və suda asanlıqla həll olan bir toz olub
150qr toz;
33,3 qr Linkomisinə ekvivalent Linkomisin hidroklorid,
66,7 qr Spektinomisinə ekvivalent Spektinomisin hidroklorid ehtiva edir.

Farmakoloji Xüsusiyyətləri

MEDLINSPECT Oral Məhlul Tozu, Linkomisin və Spektinomisin adlı iki antibiotikin geniş aktivlik göstərən birləşməsindən ibarətdir.
Linkomisin, Streptomyces lincolnensis’dən əldə edilən; linkozamidlər sinfinə aid bir antibiotikdir. 50 S ribosomal alt vahidlərə təsir edərək, ribosomal protein sintezini inhibə edir. Spektinomisin isə, Streptomyces spectabilis’dən əldə edilən, aminoqlikozid qrupundan, aminosiklidol quruluşlu bir antibiotikdir. 30 S ribosomal alt vahidlərə təsir edərək bakterial protein sintezini inhibə edir.
Linkomisinin antibakterial aktivliyi xüsusilə qram-müsbət bakteriyalar və anaerob bakteriyalar üzərinədir. Bacillus sp., Corynebacterium sp., Erysipelothrix rhusiopathiae, Stapylococcus sp., Streptococcus sp.(Enterococcus cpp istisna olmaqla), Campylobacter sp., Actinomyces sp., Bacteroides sp. (Bac. fragilis də daxil olmaqla), Clostridium perfringens (digər Clostridium sp istisna olmaqla), Fusobacteirum sp., anaerob koklar həssasdır. Başda Klebsiella sp., Salmonella sp., Pseudomonas sp., Pasteurella sp. olmaqla qram-mənfi bakteriyalar, Nocardia sp.,Mycobacterium sp. isə dirəniklidir.
Spektinomisin isə başlıca qram-mənfilərə təsirlidir. Həmçinin bəzi qram-müsbət bakteriyalara da təsir edir. Başlıca Mycoplasma gallisepticum, M. meleagridis, M. synoviae, E.coli, P.multocida, Salmonella spp., N.gonorrhoeoa, Shigella spp., Strep.pneumonia, Srtep. pyogenes’ə təsirlidir. Anaerob bakteriyalar ye Pseudomonas spp. dirəniklidir.
Linkomisin; oral yolla tətbiqdən sonra bağırsaqlardan sürətlə sorulur və qandakı pik konsentrasiya səviyyəsinə 2-4 saat ərzində çatılır. Tətbiqdən sonra Linkomisin’in təxminən % 70’i plazma zülallarına bağlanaraq daşınır və xüsusilə selik içində çox yüksək penetrasiya dəyərlərinə çatır. Sümük toxuması içindəki yayılması yaxşı səviyyədədir. İltihab olmadığı hallarda belə plevral və peritoneal maye içinə diffuziya olunur. Bununla yanaşı Linkomisin; xüsusilə polimorfonuklear neytrofillərlə daşınaraq infeksiya nahiyəsində cəmləşir.
Tətbiqdən sonra linkomisin, böyük dərəcədə nəcis (%77) və sidiklə (%14) xaric olur.
Spektinomisin; oral yolla tətbiqdən sonra bağırsaqlardan aşağı səviyyələrdə (<%10) sorulur. Radioetiketləmə tədqiqatları spektinomisinin metabolizasiyasının çox aşağı səviyyələrdə olduğunu göstərmişdir. Oral yolla tətbiq edilən spektinomisinin böyük bir hissəsi nəcis ilə aşağı bir səviyyəsi də sidiklə xaric olur.

İstifadə Yeri və İndikasiyaları

MEDLINSPECT Oral Məhlul Tozu, ətlik toyuqlar və hind toyuğu balalarında həssas bakteriyalar tərəfindən törədilən infeksiyaların müalicəsində, xüsusilə Mycoplasma sp. tərəfindən törədilən xroniki tənəffüs sistemi infeksiyası (CRD:airsacculitis) və Mycoplasma sp. ilə koliform mikroorqanizmlərin birlikdə törətdikləri CRD Complex (ağırlaşmış airsacculitis) müalicəsində indikedir. 

Tətbiq Forması və Dozası

“Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə.”
Ətlik toyuqlar (Xroniki Tənəffüs Sistemi İnfeksiyasının (Airsacculitis) və CRD Complex’in (Ağırlaşmış Airsacculitis) Müalicəsində:
Cücələrə hər kq canlı çəki üçün ümumi 50 mq antibiotik aktivliyi/günə uyğun gələcək şəkildə, içməli su yolu ilə tətbiq olunur. Bir günlük müalicə üçün ehtiyac duyulanMEDLINSPECT Oral Məhlul Tozu miqdarı (qr olaraq), müalicə ediləcək cücələrin canlı çəkilərinin cəminin (kq olaraq) 0.075 əmsalı ilə vurulması ilə əldə edilmiş olur. Bu miqdarda dərmanın 12-24 saat ərzində istehlak edilə biləcək qədər içməli suya qatılaraq verilməsi tövsiyə olunur. Hazırlanan dərmanlı su üç gün boyunca əsas içməli su mənbəyi kimi istifadə edilməlidir. Müalicəyə xəstəliyin ilk əlamətləri aşkarlandığı an başlanmalıdır.