Antibakterial Dərmanlar
Mediquinol 20% Oral Məhlul
Təlimatı yükləMEDIQUINOL % 20 Oral Məhlulşəffaf, açıq sarı rəngli bir məhlul olub 1 ml’sində;200 mq Enrofloksasin ehtiva edir.
Farmakoloji Xüsusiyyətləri
MEDIQUINOL % 20 Oral Məhlulun’ təsiredici maddəsi olan enrofloksasin; üçüncü nəsil florxinolon qrupu bir geniş spektrli antibakterialdır. Bir bakteriya enzimi olan DNT–qiraz enzimini inhibə edərək, bakteriyaların ölümünə səbəb olur. Enrofloksasinə həssas qram-mənfi və qram-müsbət bakteriyalar üzərində güclü bakterisid təsiri var.
Başlıca həssas bakteriyalar; E.coli, Salmonella sp., Enterobacter sp., Serratia sp., Proteus sp., Klebsiella sp., Shigella sp., Yersinia sp., Moraxella sp., Acinobacter sp., Actinobacillus sp., Pasteurella sp., Leptospira sp., Campylobacter sp., Citrobacter sp., Haemophilus sp., Ehrlichia sp., Coxiella brunetti, metisilinə və gentamisinə dirənikli olanlar da daxil olmaqla Staphylococcus sp., penisilinə dirənikli olanlar da daxil olmaqla N.gonorrhoeae, N. meningiditis, Corynebacterium sp., Chlamydia sp., V.cholerae, Mycoplasma sp.’dir.
Strep. suis, Strep. agalactia, Strep dysgalactia, Strep. zooepidemicus, R.equi, Mycobacterium sp. orta dərəcədə həssaslıq göstərir.
Anaerob kokların əksəriyyəti, Clostridium sp., Bacteroides sp., və Ps. maltophila xinolonlara ümumiyyətlə az həssas və ya dirəniklidir.
Bütün heyvan növlərində oral verilməsindən sonra sürətlə sorularaq, 30 dəqiqə ilə 1 –2 saat ərzində bədən toxuma və mayelərinə yayılır. Ən yüksək konsentrasiya qaraciyərdə yaranır. Bioyararlığı % 80 olub plazma zülalına bağlanma nisbəti isə % 30 ‘dan daha azdır. Yarımparçalanma ömrü 2–6 saat olub, dəyişmədən, əksəriyyəti böyrəklərdən sidik yolu ilə və az bir hissəsi də öd/nəcis yolu ilə xaric olur.
İstifadə Yeri və İndikasiyaları
Ətlik toyuqlarda; enrofloksasinə həssas Qram-mənfi və Qram-müsbət bakteriyalar ilə Mycoplasma’lar tərəfindən törədilən xroniki tənəffüs sistemi xəstəliyi (CRD), hava kisəsi iltihabı, infeksiyalı synovitis, toyuq tifi və paratifi, E.coli infeksiyaları ( coli bacillosis, coli septicemia ) kimi xəstəliklərin müalicəsində istifadə olunur.
İşkənbəsi inkişaf etməmiş buzovlarda;enrofloksasinə həssas Qram-mənfi və Qram-müsbət aerob bakteriyalar ilə Mycoplasma’lar tərəfindən törədilən pleuropneumonia, gastroenteritis kimi tənəffüs və həzm sistemi xəstəliklərində, septisemiya, kolibasillosisdə və digər yumşaq toxuma xəstəliklərinin müalicəsində, həmçinin viral xəstəliklərin siprofloksasinə həssas bakterial ağırlaşmalarında istifadə olunur.
Tətbiq Forması və Dozası
‘Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə’
MEDIQUINOL %20Oral Məhlulun’ ətlik toyuqlarda tətbiq ediləcək dozası 5 mq/kq canlı çəki/gün olub, içməli suya əlavə edilərək istifadə olunur. Praktik olaraq 2000 kq canlı çəkiyə malik quş sürüsünə 100 ml dərman orta hesabla 1 gün üçün kifayətdir. Xəstəliyin şiddətindən asılı olaraq 3-5 gün boyunca içirilir. İşkənbə fəaliyyəti başlamamış buzovlarda isə dərman dozası 1,25 mq/kq canlı çəki/gün əsası ilə 40 kq canlı çəkiyə 0,5 ml MEDIQUINOL % 20olacaq şəkildə içməli suya əlavə edilərək 3-5 gün müddətlə tətbiqə davam edilir. Təsir itkisinin olmaması baxımından dərmanlı suyun gündəlik olaraq hazırlanması lazımdır.