Antibakterial Dərmanlar

Mediflum Oral Məhlul Tozu

Təlimatı yüklə

MEDIFLUM,hər qramında 500 mq Flumekvin ehtiva edən ağ, homogen tozdur.

Farmakoloji Xüsusiyyətləri

MEDIFLUM Oral Məhlul Tozunun təsiredici maddəsini təşkil edən Flumekvin, ftorxinon törəməsi sintetik bir antibakterialdır. Həssas bakteriyalarda sürətlə inkişaf edən bakterisid təsir əmələ gətirir. Antibakterial təsiri DNT-qiraz (topoizomeraza II) enzimini inhibə etmək yolu ilə baş verir. Başlıca həssas bakteriyalar; E.coli, Salmonella sp.,Enterobactersp., Serratiasp., Proteus sp., Klebsialla sp., Shigella sp., Yersinia sp., Moraxella sp., Acinobacter sp., Actinobacillus sp., Pasteurella sp., Leptospira sp., Campylobacter sp., Citrobacter sp., Haemophilus sp., Ehrlichia sp., Coxiellabrunetti, metisilinə və gentamisinə dirənikli olanlar da daxil olmaqla Staphylococcus sp., penisilinə dirənikli olanlar da daxil olmaqla N. Gonorrhoeae, N. Meningditis, Corynebacterium sp., Chlamydia sp., V. Cholerae, Mycoplasmasp.’dir. Strep. suis, Strep. agalactia, Strep. dysgalactia, Strep. zooepidemicus, R. equi, Mycobacterium sp. orta dərəcədə həssaslıq göstərir. Anaerob kokların əksəriyyəti Clostridium sp.,Bacteroides sp. vəPs. maltophilaxinolonlara ümumiyyətlə az həssas və ya dirəniklidir. Oral tətbiqdən sonra həzm sistemindən olduqca yaxşı sorulur. Toxumalarda yaxşı bir yayılma göstərdiyi halda toxumada retensiyası müşahidə olunmur. 5 saat civarında plazma yarımömrü göstərir. Qaraciyərdə hidrolizindən sonra qlükuronizə edilir. Flumekvin və metabolitləri öd və sidiklə xaric olur.

İstifadə Yeri və İndikasiyaları

MEDIFLUM Oral Məhlul Tozu, ətlik toyuq və hind toyuqlarında; Kolibasilloz (E. Coli infeksiyaları), Pasteurellosis (Toyuq vəbası), Salmonellozis və flumekvinə həssas bakteriyalar tərəfindən törədilən tənəffüs və həzm sistemi xəstəliklərinin müalicəsində istifadə olunur.

Tətbiq Forması və Dozası

Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə
Müalicə dozası:Farmakoloji doza:10 mq/kq canlı çəki/gün’ dür.
Praktik doza:Hər50 kq canlı çəki üçün gündə 1 qram toz içməli suya qatılaraq istifadə olunur. Dərmanın hazırlanmasında dərman əvvəlcə müəyyən bir miqdar su içində əridildikdən sonra lazım olan ümumi məhlulu hazırlanmalı və oral yolla tətbiq edilməlidir. Dərmanlı su təzə olaraq gündəlik hazırlanır. Müalicəyə 3-5 gün davam edilməlidir.