Antibakterial Dərmanlar
Medicol Oral Məhlul Tozu
Təlimatı yükləMEDICOL Oral Məhlul Tozu;Ağ və ya ağa yaxın rəngdə olub, 1 q’ında 4.800.000 I.U. kolistin sulfat ehtiva edir (1 qramında 240 mq kolistin sulfata ekvivalent).
Farmakoloji Xüsusiyyətləri
MEDICOL Oral MəhlulTozunun təsiredici maddəsini təşkil edən kolistin sulfat; Bacilluscolistinus kulturalarından əldə edilmiş polipeptid quruluşlu bir antibiotikdir. Bakteriyaların hüceyrə membranında olan fosfolipidlərin quruluşunda əhəmiyyətli dərəcədə funksional pozğunluğa yol açaraq güclü bakterisid təsir göstərir. Kolistinqram-mənfi bakteriyalara təsirlidir.
Başlıca qram-mənfi bakteriyalara təsirlidir (E.coli, PseudomonasaeroginosaSalmonellaspp. Salmonellatyphimurium, Salmonellaenteritis kimi).Proteus və Serratiadirəniklidir.
Oral yolla məhlul halında tətbiq edildikdə həzm kanalından sorulmur.
Oral yolla tətbiq edildikdə həzm sistemində yayılır və əsasən nəcis ilə xaric olur.
İstifadə Yeri və İndikasiyaları
Toyuq, dovşan, buzov və quzularda həssas qram-mənfi bakteriyalar tərəfindən törədilən həzm sistemi infeksiyalarının müalicəsində istifadə olunur.
Tətbiq Forması və Dozası
“Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə”
Toyuqlarda 100.000 I.U./kq canlı çəki/gün dozasında istifadə olunur. Buna görə kütləvi tətbiqlərdə hər 100 kq canlı çəki üçün təxminən 2 qram toz, gündəlik içməli suya qatılaraq istifadə olunur, dərmanlı su hər gün təzə olaraq hazırlanmalıdır.
Buzov, quzu və dovşanlardaisə 100,000 I.U./kq canlı çəki/gün dozasında tətbiq olunur. Buna görə 1 qram toz təxminən 50 kq canlı çəki üçün kifayətdir. Lazım olan toz bir miqdar su ilə qarışdırılaraq içirilir.
Müalicələrə bütün növlərdə 3-4 gün davam edilir.