Antibakterial Dərmanlar
Medicol Oral Məhlul
Təlimatı yükləMEDICOL açıq sarı rəngdə, şəffaf məhlul olub, 1 ml’sində 4.800.000 I.U. kolistin sulfat ehtiva edir (1 ml’sində 240 mq kolistin sulfata ekvivalent).
Farmakoloji Xüsusiyyətləri
MEDICOL Oral Məhlulun təsiredici maddəsini təşkil edən kolistin sulfat; Bacillus colistinus kulturalarından əldə edilmiş polipeptid quruluşlu bir antibiotikdir. Bakteriyaların hüceyrə membranında olan fosfolipidlərin quruluşunda əhəmiyyətli dərəcədə funksional pozğunluğa yol açaraq güclü bakterisid təsir göstərir. Kolistin əsasən (E.coli, Salmonella spp; Salmonella typhimurium, Salmonella enteritis kimi, Pseudomonas aeroginosa və s.) qram-mənfi bakteriyalara təsirlidir.
Proteus və Serratiadirəniklidir.
Oral yolla məhlul halında tətbiq edildikdə həzm kanalından sorulmur.
Oral yolla tətbiq edildikdə həzm sistemində yayılır və əsasən nəcis ilə xaric olur.
İstifadə Yeri və İndikasiyaları
Toyuq, dovşan, buzov və quzularda həssas qram-mənfi bakteriyalar ( E. coli, Salmonella spp; Salmonella typhimurium, Salmonella enteritis kimi, Pseudomonas aeroginosa və s.) tərəfindən törədilən həzm sistemi infeksiyalarının müalicəsində istifadə olunur.
Tətbiq Forması və Dozası
“Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə”
Toyuqlarda 100.000 I.U./kq canlı çəki/gün dozasında istifadə olunur. Buna görə kütləvi tətbiqlərdə hər 100 kq canlı çəki üçün təxminən 2 ml MEDICOL, gündəlik içməli suya qatılaraq istifadə olunur, dərmanlı su hər gün təzə olaraq hazırlanmalıdır.
Buzov, quzu və dovşanlarda isə 100,000 I.U./kq canlı çəki/gün dozasında tətbiq olunur. Buna görə 1 ml MEDICOL təxminən 50 kq canlı çəki üçün kifayətdir. İçməli suya qatılaraq içirilir. Müalicələrə bütün növlərdə 3-4 gün davam edilir.