Antiparazitar Dərmanlar

Medecox Oral Məhlul Tozu

Təlimatı yüklə

MEDECOX Oral Toz/Vip, hər qr’ında 10 mq Dekokuinat saxlayan; açıq ağ homojen tozdur.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

MEDECOX Oral Toz/Vip içərisindəki Dekokuinat, kinolon qrupuna daxil olan, antiprotozoy maddə olan 4-hidroksikinolon’un kimyəvi sintezi ilə əldə edilən bir maddədir. Təsirini parazitlərdə mitoxondrial sitoxrom sistemində elektron ötürülməsini əngəlləyərək göstərir. Koksidilərdə sporozoit mərhələsinə təsir edir. Parazitlər sahibi hüceyrəsinə daxil olmalarına baxmayaraq, dərmanların təsiri ilə bundan sonrakı inkişaflarına davam edə bilmirlər. Nazik bağırsaqlarda erkən inkişaf dövrlərində olan Eimeria spToxoplasma sp. parazitlərinin inkişaflarını dayandıraraq klinik olaraq xəstəliyin görülməsinə əngəl olur.
Dekokuinat sürətlə absorbsiya olunur və qastrointestinal bölgədən sürətlə keçərək, dəyişməmiş halda nəcis ilə xaric olunur. Verilən dozanın demək olar ki, hamısı bu yolla xaric olunur. Mal-qarada, sidik yolu ilə xaricolma nisbəti olduqca azdır. Dekokuinat, mal-qarada intensiv şəkildə metabolizə olmadan xaric olunur və əsas komponent yeyilə bilən toxumalarda və nəcisdə olur. Absorbsiya, yayılma və xaricolma yolu və sürəti baxımından cinsə bağlı bir dəyişiklik görülmür.
Buzov və quzulardakı xaricolma kinetikası müqayisə edildikdə qoyunlarda mal-qaraya nisbətən eyni nisbətdə və ya bir az daha sürətli xaric olunduğu görülmüşdür.

İNDİKASİYALARI

MEDECOX Oral Toz/VİP quzu və buzovlarda, Koksidiozu müalicə və nəzarət altına almaq məqsədilə istifadə olunur. Həmçinin dişi qoyunlarda Toksoplazmoz səbəbilə yaranan perinatal itkiləri və abortları önləmək üçün heyvanların yemlərinə qatılaraq istifadə olunur. Hamilə qoyunlarda da istifadə oluna bilər.

İSTİFADƏ QAYDASI VƏ DOZASI

“Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə.”
Buzovlarda koksidiozun qarşısının alınmasında: Farmakoloji doza 0,5 mq/ kq.c.ç./gündür.
Heyvanların istehlak edəcəyi gündəlik yemə qarışdırılır və 28 gün ərzində verilir. Əgər xəstəlik riski varsa müalicəyə davam edilir.
Buzovlarda koksidiozun müalicəsində: Farmakolojidoza 1 mq /kq. c.ç./ gündür.
Heyvanların istehlak edəcəyi gündəlik yemə qarışdırılır və 28 gün ərzində verilir.
Quzularda koksidiozun qarşısının alınması məqsədilə hamilə qoyunlarda istifadə:
Farmakoloji doza 0,5 mq /kq. c.ç./ gündür.
Heyvanların istehlak edəcəyi yemə qarışdırılır və 28 gün ərzində verilir. Əgər xəstəlik riski varsa müalicəyə davam edilir.
Quzularda koksidiozun müalicəsi məqsədilə: Farmakolojidoza 1 mq /kq. c.ç./ gündür.
Heyvanların istehlak edəcəyi yemə qarışdırılır və 28 gün ərzində verilir.
Qoyunlarda Toksoplazmoz səbəbilə yaranan perinatal itkiləri və abortları önləmək üçün: Farmakoloji doza 2 mq/kq.c.ç./gündür.
Heyvanların istehlak edəcəyi gündəlik yemə qarışdırılır. Quzulamadan 14 həftə əvvəl dərman istifadə edilməyə başlanaraq daimi istifadə edilməlidir.
Dərmanlı yemin hazırlanması:
Bərabər bir paylanma təmin etmək üçün istifadə ediləcək miqdardakı hər 1 vahid MEDECOX Oral Toz/Vipüçün 6 vahid yemlə ilkin qarışığa tabe tutulmalıdır. Yem gündəlik olaraq hazırlanmalıdır.

TİCARİ TƏQDİM FORMASI

20 qr’lıq ağ plastik şüşələrdə qutulu olaraq, 500 qr, 1 kq, 2.5 kq və 5 kq’lıq ağ plastik bankalarda satışa təqdim edilmişdir