İnyeksiya Məhlulları
Tilotarmed 20% İnyeksiya üçün Məhlul
Təlimatı yükləTilozin baz 200mg
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Tilotarmed %20 İnyeksiya üçün məhlulun təsiredici maddəsi olan Tilozin, Streptomycesfradiae kulturalarından əldə edilən makrolid qrupu bir antibiotikdir. Dərman bakteriyalarda 50S ribosomal alt vahidinə birləşib zülal sintezini əngəlləyərək bakteriostatik təsir göstərir. Tilozin başlıca Qram-müsbət bakteriyalara təsir göstərir. Tilozinə həssas başlıca bakteriyalar bunlardır: Mycoplasma spp.,Leptospira spp., Erysipelotrix rhusopathie, Morexella bovis, Borrelia anserina, Arcanobacterium pyogenes, Clostridium spp., Actinomyces spp., Bacillusspp., Streptococcus spp., Staphylococcus spp., Fusobacterium necrophorum, Pasteurella spp., Bordetella bronchiseptica, Treponemahyo dysenteria. Tilozin xüsusən Mycoplasma gallisepticum tərəfindən törədilən infeksiyalarda olduqca təsirlidir. Staph. aureus ştammları arasında davamlı ştammlar yarana bilər. Nocardiaspp., Pseudomonasspp., Chlamydia spp., Mycobacterium spp., Enterobacteriaceae, B. fragilis, E. coli, Klebsiella s pp. davamlıdır. Əzələdaxili yolla keçilərə 15 mg/kg dozasında verilən tilozin 2 saat ərzində 1.5 µg/kg’lıq orta qan serumu qatılığına çatır. Həssas bakteriyalar üzərində minimum inhibitor qan qatılığı 0.1-0.5 µg/kg dozasında belə asanlıqla mikoplazmalara təsir edə bilər. Plazma yarım ömrünün də 4-5 saat olduğu müəyyən edilmişdir. Sorulan tilozin sərbəstcə bütün bədənə yayılır. Sidik və öd yolu ilə xaric olur. Südə və yumurtaya əhəmiyyətli qatılıqlarda keçir.
İSTİFADƏ YERİ VƏ GÖSTƏRİŞLƏRİ
İribuynuzlu mal-qarada, qoyun və keçilərdə pnevmoniya, bronxopnevmoniya, dırnaq çürüməsi (nekrotik pododermatit), buzov difteriyası, dizenteriya, metrit, kəskin mastit, leptospiroz, enterit, artrit, aqalaktiya, keçi ağciyər ağrısı və həssas bakteriyalar tərəfindən törədilən digər tənəffüs sistemi, həzm sistemi və yumşaq toxuma infeksiyalarının; it və pişiklərdə tənəffüs yolu infeksiyaları, xarici qulaq iltihabı, leptospiroz və viral xəstəliklərlə birlikdə gedən ikincili bakterial infeksiyaların; hinduşkalarda başda CRD olmaqla tənəffüs sistemi, həzm sistemi və yumşaq toxuma infeksiyalarının müalicəsində istifadə olunur.
İSTİFADƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə;
Farmakoloji doza: İribuynuzlu mal-qaraya 4-10 mg/kg canlı çəki/gün, qoyun, keçi, pişik, it və hinduşkalara 10 mg/kg canlı çəki/gün dozasında tətbiq olunur. Məhsul bütün hədəf heyvanlara əzələdaxili (im) olaraq tətbiq olunur. Praktiki doza əzələdaxili yolla; iribuynuzlu mal-qara üçün 100 kq canlı çəkiyə 2-5 ml, qoyun-keçi üçün 40 kq canlı çəkiyə 2 ml, pişik-it üçün 10 kq canlı çəkiyə 0.5 ml, hinduşka üçün 5 kq canlı çəkiyə 0.3 ml dozasında tətbiq olunur. Müalicə üçün 5-6 günlük tətbiq kifayət edir. Eyni inyeksiya yerinə iribuynuzlu mal-qarada 10 ml’dən, qoyun və keçilərdə isə 5 ml’dən çox tətbiq edilməməlidir. Lazım gəldikdə ümumi doza bölünərək fərqli nöqtələrə tətbiq edilməlidir.
QİDALARDA DƏRMAN QALIĞI XƏBƏRDARLIQLARI
Dərman Qalığından Təmizlənmə Müddəti (D.Q.T.M.); Müalicə müddətində və son dərman tətbiqindən sonra əti üçün yetişdirilən iribuynuzlu mal-qara, qoyun və keçilər 28 gün keçmədən, hinduşkalar isə 5 gün müddətində kəsimə göndərilməməlidir. Müalicə müddətində və son dərman tətbiqindən sonra 4 gün (8 sağım) müddətində əldə edilən süd insan istehlakına təqdim edilməməlidir.
ƏKSGÖSTƏRİŞLƏRİ
Müalicə dozalarında hədəf növlərdə əksgöstərişi yoxdur. Tilozin atlara (təkdırnaqlılara) qətiyyən tətbiq edilməməlidir. İribuynuzlu mal-qarada iv. olaraq istifadəsi şok, təngnəfəslik və depressiya yaradır. Bu səbəbdən, iribuynuzlu mal-qarada damardaxili yolla tətbiq edilməməlidir.
TİCARİ TƏQDİM FORMASI
20 ml, 50 ml, 100 və 250 ml’lik kəhrəba rəngli flakonlarda karton qutulu