Antibakterial Dərmanlar

NS-MED Oral Məhlul Tozu

Təlimatı yüklə

%50 Neomisin 

İSTİFADƏ YERİ VƏ GÖSTƏRİŞLƏRİ

Quşlarda (Broyler cücələr, cücə, yarımca və hinduşka), iribuynuzlu, qoyun və keçilərdə: E.coli. Salmonella, Haemophilus, Pseudomonas, Proteus kimi həssas bakteriyalar tərəfindən yaradılan bakterial enteritlərin müalicəsində istifadə olunur.

QABLAŞDIRMA

20 qr, 100 qr, 500 qr və 1 kq.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏR

NS-MED Oral Məhlul Tozunun təsiredici maddəsini təşkil edən neomisin sulfat, aminoqlikozid quruluşlu bir antibiotikdir. Bakteriyalarda 30S ribosomal alt vahidinə bağlanaraq mRNA, formilmetionin və tRNA əmələ gəlməsinin qarşısını alaraq zülal sintezini pozur və bakterisid təsir göstərir. Aminoqlikozidlər eyni zamanda polizomları dağıdaraq zülal sintezi və DNT replikasiyasının da qarşısını alır. Neomisin əksər qram-mənfi orqanizmlərə və Staphylococoıs aureus’a təsirlidir. Başlıca həssas bakteriyalar bu şəkildədir:Escherischia coli, Salmonella sp., Klebsiella sp., Pseudomonas aereginosa, Bordetella bronchiseptica, Pasteurella sp., və Staphylococcus aureus.
NS-MED heyvanlara ağız yolu ilə verildikdə təxminən 1 saat ərzində maksimum qan səviyyəsinə çatır və 4-8 saat ərzində terapevtik qatılığını qoruyur. Həzm kanalından təxminən %3 nisbətində sorulur. Ağız yolu ilə tətbiq edilən neomisin böyük dərəcədə dəyişikliyə uğramadan və nəcis ilə xaric olunur.