Antibakterial Dərmanlar
Mediquinol 10% Oral Məhlul
Təlimatı yükləMediquinol %10 Oral Məhlulşəffaf açıq sarı rəngli bir məhlul olub 1 ml’sində 100 mq Enrofloksasin baza ehtiva edir.
Farmakoloji Xüsusiyyətləri
Mediquinol %10 Oral Məhlul’un təsiredici maddəsini təşkil edən Enrofloksasin 3. nəsil florxinolon qrupu bir antibakterialdır. Enrofloksasin, bakteriya sitoplazmasında olan və bakteriyaların metabolik fəaliyyətlərində əsas enzimi olan DNT-qiraz (topoizomeraza II) enzimini inhibə edərək, DNT sintezi və replikasiyasını pozmaq yolu ilə bakterisid təsir göstərir.
Başlıca həssas bakteriyalar: E.coli, Salmonella sp., Enterobacter sp., Serratia sp., Proteus sp., Klebsiella sp., Shigella sp., Yersinia sp., Moraxella sp., Acinobacter sp., Actinobacillus sp., Pasteurella sp., Leptospira sp., Camphylobacter sp., Citrobacter sp., Haemophylus sp., Ehrlichia sp., Coxiella brunetti, metisilinə və gentamisinə dirənikli olanlar da daxil olmaqla Staphylococcus sp., penisilinə dirənikli olanlar da daxil olmaqla N.gonorhoeae, N.meningiditis, Corynebacterium sp., Chlamydia sp., V.cholarae, Mycoplasma sp.‘dir.
Strep. suis, Strep. agalactia, Strep. dysgalactia, Strep. zoopidemicus, R. equi, Mycobacterium sp. orta dərəcədə həssaslıq göstərir.
Anaerob kokların əksəriyyəti Clostridium sp., Bacteroides sp. və Ps. maltophila xinolonlara ümumiyyətlə az həssas və ya dirəniklidir.
Məhlul halında heyvanlara ağız yolu ilə verildikdə həzm kanalından sürətlə və %60’dan daha yüksək nisbətdə sorulur və bütün bədən toxumaları ilə mayelərinə yüksək konsentrasiyalarda çatır. Öd, qaraciyər, ağciyər və böyrəklərdə yüksək qatılıqlara çatır, ancaq ağciyərdəki qatılığı plazmadakının bir neçə qatına çıxa bilər. Orta hesabla 0,5-2 saat ərzində pik plazma qatılığına çatır və təsirli qatılığını orta hesabla 12 saat qoruyur. Enrofloksasin bədəndə siprofloksasin daxil olmaqla bir çox təsirli, təsirsiz metabolitə çevrilir. Eliminasiyası böyük dərəcədə böyrəklərdən və öddən baş verir.
İstifadə Yeri və İndikasiyaları
Mediquinol %10 Oral Məhlul, ətlik toyuqlarda: CRD, Mycoplasmosis, Colicepticemia, Coryza, Fowl Cholera (toyuq vəbası), Fowl Typhoid (toyuq tifi), Salmonellosis, Staphylococcus və Streptococcus infeksiyalarında, işkənbə fəaliyyəti başlamamış quzu və buzovlarda; Colibacillosis, Pasteurollosis, Salmonellosis, Mycoplasmosis, həssas bakteriyalar tərəfindən törədilən tənəffüs və sidik sistemi infeksiyaları ilə viral xəstəliklər nəticəsində yaranan sekonder bakterial infeksiyaların müalicəsində istifadə olunur.
Tətbiq Forması və Dozası
“Baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə.”
Mediquinol %10 Oral Məhlul’un ətlik toyuqlarda tətbiq ediləcək dozası 10 mq/kq canlı çəki/gün olub, içməli suya əlavə edilərək istifadə olunur. Praktik olaraq hər 1000 kq canlı çəki üçün gündə 100 ml dərman kifayətdir. Lazım olan dərman miqdarı yetəri qədər su ilə qarışdırılır və 3 gün boyunca içirilir. Salmonellosis’də və ya şiddətli infeksiyalarda 5 günə çıxarılmalıdır. Təsir itkisinin olmaması baxımından dərmanlı suyun gündəlik olaraq hazırlanması lazımdır, dərmanın qarışdırılacağı suyun turş xarakter daşımamasına diqqət edilməlidir.
İşkənbə fəaliyyəti başlamamış quzu və buzovlardaisə dərman dozası 2,5 mq/kq canlı çəki/gün əsası ilə 40 kq canlı çəkiyə 1 ml Mediquinol olacaq şəkildə içməli suya əlavə edilərək 3-5 gün müddətlə tətbiqə davam edilir.