Yem Əlavələri
Sodimed Feed
Təlimatı yükləSodimed Feed
Farmakoloji Xüsusiyyətləri
Sodimed Feed, natrium-bikarbonat saxlayan elektrolit bir məhluldur. Natrium-bikarbonat, plazma bikarbonat miqdarını artırır, həddindən artıq hidrogen ionu konsentrasiyasını tənzimləyir, qan pH’sını artırır və asidozun klinik əlamətlərini düzəldir. Sorularaq dövrana keçən bikarbonat ionu metabolik alkaloza səbəb olur. Bədəndə turşu-qələvi tarazlığının davam etdirilməsi üçün böyrəklər artıq bikarbonat kationlarını xaric edir; bu vəziyyət isə sidik pH’sının yüksəlməsi və sidik miqdarının artmasına səbəb olur.
İstifadə Yeri və İndikasiyaları
Sodimed Feed; qaramal, at, qoyun, keçi, it və pişiklərdə bir çox səbəbdən (renal xəstəliklər, nəzarət edilə bilməyən diabet, şok və ya şiddətli dehidrasiya, kardiak arrestin səbəb olduğu dövran çatışmazlıqları və şiddətli primer laktik asidoz) irəli gələn metabolik asidozun müalicəsində istifadə olunur.
Xüsusilə, karbon qazının tutulmasından irəli gələn respirator asidozda; metabolik pozğunluqlarla əlaqəli, turşu metabolitlərin toplanmasından irəli gələn metabolik asidozda; böyrəklər tərəfindən hidrogen ionlarının qeyri-kafi xaric edilməsi ilə əlaqəli renal asidozda istifadə olunur.
QİDALARDA DƏRMAN QALIĞI XƏBƏRDARLIQLARI
Dərman Qalığından Təmizlənmə Müddəti (d.q.t.m.); Ət və süd üçün sıfır (0) gündür.
KONTRENDİKASİYALAR
Alkaloz, xüsusilə respirator alkaloz, konvulsiyalar və konjestiv ürək çatışmazlığı olan heyvanlarda kontrendikedir. Qusma nəticəsində xlor itkisi olan heyvanlarda və hipoxloremik alkaloz yaratdığı bilinən diuretiklərin istifadə edildiyi heyvanlarda kontrendikedir. Həddindən artıq miqdarda natrium-bikarbonat tətbiqindən alkaloz riski səbəbilə qaçınılmalıdır. Sodimed Perfuziya Məhlulu hipertonik bir məhluldur və diqqətlə tətbiq edilməlidir. Metabolik asidozu düzəltmə zamanı plazma natrium konsentrasiyasında arzuolunmaz bir artım baş verə bilər. Natrium-bikarbonat məhlullarının sürətli inyeksiyası təhlükəli olub, intra və ekstrasellülar ion konsentrasiyalarını pozaraq ölümə səbəb ola bilər. Oliquriya və anuriyalı xəstələrdə diqqətlə istifadə edilməlidir.
TİCARİ TƏQDİM FORMASI
Karton qutu içərisində 20, 50, 100 və 250 ml’lik kəhrəba rəngli şüşə flakonlarda satışa təqdim edilir.